Sumqayıtda ev sahibəsini döyərək öldürən oğruya hökm oxundu – FOTO

03 iyun 2015
Sumqayıtda ev sahibəsini döyərək öldürən oğruya hökm oxundu – FOTORzayev anasının meyitini həyətdə tapıb.

Sumqayıt Apellyasiya Məhkəməsində şəhər sakini İntiqam Cəfərovun (1975-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (aşkar sürətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 177.1 (oğurluq), 181.3.3 (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.

Oxu.Az xəbər verir ki, 2013-cü il dekabrın 30-da Corat qəsəbəsində 575№li evin həyətində Sumqayıt ş. Polis İdarəsinin əməkdaşları üzərində zorakılıq əlamətləri ilə qəsəbə sakini Raya Rzayevanın (1935-ci il təv.) meyitini aşkar ediblər. İlkin olaraq şəhər prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Təyin olunan məhkəmə-tibb ekspertizasının rəyinə görə, Rzayevanın ölümünə baş-beyin toxumasına qansızma səbəb olub.

Hadisədən bir həftə sonra cinayəti törətməkdə şübhəli bilinən İntiqam Cəfərov tutulub və dindirmə zamanı törətdiyi cinayət əməlini etiraf edib. Araşdırma zamanı, onun 2007-ci ildə Sumqayıt ş. məhkəməsinin hökmü ilə CM-nin 177-ci (oğurluq) maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum olunduğu aşkar olunub.

İstintaqla müəyyən edilib ki, İntiqam Cəfərov dekabrın 30-da Corat qəsəbəsində gəzərkən, həyət evlərindən birinin qapılarını açıq vəziyyətdə görüb və buna görə evi qarət etmək fikrinə düşüb. O həyətə, ordan isə evin içinə daxil olaraq, qonaq otağına keçib. Cəfərov cəld axtarış apararaq şkafdan iki ədəd üzük, sırğa, stolun üstündən “Nokia” markalı mobil telefonu götürüb, getməyə hazırlaşıb.

Evdən çıxmaq istəyərkən Raya Rzayeva İntiqamı görüb, onun oğurluq məqsədi ilə evə girdiyini başa düşüb. Qadın Cəfərovun gödəkçəsindən tutub saxlayarkən, sonuncu onu özündən itələməklə boyun nahiyəsinə əli ilə zərbələr endirib. Zərbələrdən Rzayeva yerə yıxılıb, İntiqam ona ayaqla baş nahiyəsinə daha bir neçə zərbə endirəndən sonra, yaxınlıqda tapdığı daş parçasını götürüb onun başına vurub. Hadisədən sonra Cəfərov bir neçə dəqiqə pilləkənlərdə oturub özünə gəlib, sonra isə qapını açıb həyəti tərk edib. Telefonu qəsəbə ərazisində yadında qalmadığı yerə tullayıb, qızıl əşyaları isə mərkəzi bazarın yanında yerləşən mağazaya 260 manata satıb.

Yanvarın 5-də Cəfərov Abşeron rayonunun Saray qəsəbəsində pəncərənin şüşəsini sındırmaqla qanunsuz fərdi yaşayış evinə girib 350 manat dəyərində məişət əşyaları oğurlayıb, lakin hadisə yerindən qaçarkən ev sahibi Rafiq Əsədov onu tutaraq, polisə təhvil verib.

Məhkəmə prosesində İntiqam Cəfərov ittiham üzrə özünü təqsirli hesab etməklə, ifadəsində həmin evə oğurluq məqsədi ilə daxil olduğunu və Raya Rzayevanı öldürmək fikrində olmadığını bildirib.

Zərərçəkən Mahir Rzayev həmin gün axşam saat 18 radələrində evə gəldiyini və anasının meyitini həyətdə tapdığını bildirib. O, məhkəmədən təqsirləndirilən şəxsin ciddi cəzalandırılmasını xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Cəfərov 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Sumqayıt Apellyasiya Məhkəməsi cinayət işini araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
Xəbəriniz olsun

20.07.2018 - Atı zorlayan şəxsin şok müdafiəsi: “Mənə göz vurdu”

20.07.2018 - Almaniyadan deportasiya edilənlər Bakıda kütləvi şəkildə həbs olundular

20.07.2018 - Bu il “BakuBus” 85 sürücünü işdən azad edib

20.07.2018 - Paşinyan Qarabağda müharibə riski haqda

20.07.2018 - Bakıda dəbdəbəli mənzili ərəblərə 3 günlüyə kirayə verdi, qayıdıb şoka düşdü - VİDEO

20.07.2018 - “Zapravka”nı soyan şəxs: “Həmin pulla kirayə haqqımı ödədim”

20.07.2018 - Cinsi əlaqədə ola bilməyən Adnan Oktar "kediciklər"ə bunu edirmiş - İYRƏNC ÜSUL

19.07.2018 - SAHİBKARLAR ZAKİR FƏRƏCOVDAN ŞİKAYƏTÇİDİR – “Dedi ki, sənin nəslində bir kişi yoxdur…” + FOTOLAR

19.07.2018 - Havanın temperaturu enəcək: güclü külək, şimşək, leysan və dolu gözlənilir

19.07.2018 - Paşinyandan Rusiya hərbi bazasına sərt reaksiya

19.07.2018 - Ramiz Zeynalov erasının sonu: “QAİ generalı”nın imperiyası süqut edir

19.07.2018 - “1000 bərəkət, halal nemət”dən dəhşətli kadrlar: ürəyi zəif olanlar baxmasın – 13+VİDEO

19.07.2018 - İran-Pakistan sərhədində atışma: bir hərbçi həlak oldu

Facebook