Oğlu qəzada ölən restoran sahibi danışdı

06 iyun 2015
Oğlu qəzada ölən restoran sahibi danışdıBakıdakı məşhur restoranlardan birinin sahibinin oğlu paytaxtda baş vermiş yol qəzasında dünyasını dəyişib.

Yayılan məlumata görə, “Mersi Bakı” restoranının sahibi Ruslan Zeynalovun oğlu iyunun 5-də Mərdəkan şosesində baş vermiş yol qəzasında ölüb.

17 yaşlı Maqsud Zeynalov “Hyundai” markalı “cip”in sükanı arxasında olarkən idarəetməni itirib və maneəyə çırpılıb. O, elə hadisə yerində keçinib.

Restoran sahibi ANS PRESS-ə açıqlamasında oğlunun həqiqətən də qəza zamanı dünyasını dəyişdiyini təsdiqlədi. Onun sözlərinə görə, yazıldığı kimi oğlu sükan arxasında yox, arxa oturacaqda olub.

“Maqsudun 17 yaşı vardı. Orta məktəbdə oxuyurdu. Onun heç sürücülük vəsiqəsi də yox idi. O necə maşın sürə bilərdi? Qəzada yalnız Maqsud dünyasını dəyişib”, - deyə Ruslan Zeynalov bildirib.
Xəbəriniz olsun

16.07.2019 - Səhiyyə Nazirliyinin tender müəmması: Nəyə görə bu şirkət?

16.07.2019 - "Sədərək" Ticrarət Mərkəzinin sahibi cərimələndi – Xəzəri hasarladığına görə

16.07.2019 - “O əsgər atəş açsaydı, pis nəticələri olardı” – Tofiq Zülfüqarov

16.07.2019 - İranda qadınlar çadradan imtina edir – Yeni hərəkat

16.07.2019 - Sahil Babayev Səlim Müslümovun daha bir kadrını işdən çıxardı

16.07.2019 - Bakı metrosunda siqaret çəkən tapıldı və cərimələndi - FOTO

16.07.2019 - “10 milyard dollar oğurlandı, amma parlament müzakirə etmədi” - QALMAQAL

16.07.2019 - "Azarkeşlər meydanda döyüşkən futbolçu görəcəklər" - "Qarabağ"ın yeni transferi

16.07.2019 - BDU rektoru "üsyan" etdi: "Universitetdə mənə müqavimət göstərənlər var"

16.07.2019 - Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən azad edilib

16.07.2019 - “Keşikçidağ” məbədindəki ikonalar Gürcüstana verildi

16.07.2019 - Keşikçi Dağa giriş qadağan edildi

16.07.2019 - Azərbaycanda xanım aparıcı evində ruh aşkarladı - VİDEO

Facebook