Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament rəhbəri Dostluq Parkındakı villaların güdazına gedə bilər

09 iyun 2015
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament rəhbəri Dostluq Parkındakı villaların güdazına gedə bilərBakının Dostluq Parkındakı qanunsuz villaların söküntüsü davam etdirilir. Məlumat üçün bildirək ki, bu məsələ dövlət başçısı İlham Əliyevin müdaxiləsindən sonra aktuallaşmış və Bakı Şəhər İcra Hakimiyyətinə həmin tikililərin sökülməsilə bağlı göstəriş verilmişdir.

Maraqlıdır ki, sözügedən ərazidəki villaların əksəriyyəti sökülsədə onların sahibləri hələ də üzə çıxmayıblar. Söküntü işlərinin yekunlaşmasından sonra isə həmin ərazidə minlərlə ağacın əkilməsi planlaşdırılır. Amma məsələnin maraqlı tərəfi bundan ibarətdir ki, hazırda sökülən həmin villaların yerində vaxtilə yaşıllıqlar olub, tikililər isə həmin ağacların kəsilməsindən sonra reallaşıb. Belədə ortaya sual çıxır: Yaşıllıqların və ətraf mühitin mühafizəsinə məsul olan qurumlar görəsən həmin vaxt hara baxırmış? Hər halda ağacların həmin qurumların xəbəri olmadan kəsilməsinə inanmaq sadəlöhvlük olardı. Bəs nə baş verib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamenti paytaxtın gözəgəlimli yerində yaşıllıqların məhv edilməsinə göz yumub?

Bununla bağlı Savash.org-a daxil olan məlumatda iddia olunur ki, vaxtilə Dostluq Parkında tikintilərə start verilərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Xalıqverdi Hüseynov prosesə şəxsən "xeyir-dua" verib. Mənbə bu "xeyir-duanın" qarşılıqsız qalmadığını və Xalıqverdi Hüseynovun bu işdən kifayət qədər karlı çıxdığını bildirir: "Hazırda isə bu işdə iştirakı olan bütün şəxslər araşdırıldığından cəzalananlar siyahısında Xalıqverdi Hüseynovun olacağı da istisna edilmir".

Sonda qeyd edək ki, Savash.org olaraq məsələni diqqətdə saxlayırıq və yaxın günlərdə mövzuyla bağlı daha şok detalları açıqlayacağıq.
Xəbəriniz olsun

20.10.2018 - Füzuli rayonunda 9 ayın yekunları müzakirə olunub-FOTO

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

Facebook