"Allah Hacı İbrahimə öz ədalətini göstərir" - Qazaxlı iş adamı

10 iyun 2015
"Allah Hacı İbrahimə öz ədalətini göstərir" - Qazaxlı iş adamıBu arada məlum oldu ki, Əmlak məsələləri üzrə dövlət komitəsinin rəhbəri Kərəm Həsənov “Avesta konserni”nin rəhbəri Hacı Ibrahim Nehrəmliyə məxsus “Həsən-96" şirkətini və Bakı Şəhər Icra Hakimiyyətini məhkəməyə verib.Xəbərə görə, Bakı meriyası Hacı Ibrahimin tikinti aparan şirkətinə ayırdığı yer üzrə qanunsuz sərəncam verib.

Yəni dövlətin balansında olan və bunun üçün mütləq Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı olmalı olduğu halda, bu, edilməyib. Meriya özəlləşdirilməmiş, dövlət fondunun balansında olan torpaq sahəsi üzərində meriya sərəncam verib. “Həsən-96" isə bu sahə üzərində qanunsuz tikinti aparıb. Indi də komitə məhkəməyə üz tutaraq, tikintinin sökülməsini və ərazinin əvvəlki vəziyyətinə qaytarılmasını tələb edir.

Məlumata görə, komitənin iddiası əsasında artıq 2 saylı Baakı Inzibati-Iqtisadi Məhkəmədə iclas keçirilib. Lakin birinci instansiya məhkəməsinin qətnaməsi mübahisəyə son qoymayıb. Iş hazırda Bakı Apelyasiya Məhkəməsində araşdırılır.

Məlumatda deyilir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin “Həsən-96" MMC və Bakı Şəhər Icra Hakimiyyətinə qarşı ”özbaşına tikililərin sökülməsi, ərazinin əvvəlki vəziyyətinə qaytarılması" və sair tələblərdən bəhs edən şikayəti hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Cahangir Yusifovun sədrliyi ilə baxışa qəbul olunub.

Hakim iş üzrə iyunun 11-nə iclas saatı təyin edib. Əgər məhkəmə komitənin şikayətini təmin edərsə, bu, Hacı Ibrahim üçün daha bir ciddi zərbə sayılacaq.

Onu da bildirək ki, bu “Həsən-96" şirkəti əvvəlindən də ictimaiyyətə tanışdı. Belə ki, hazırda məhz Hacı İbrahim Nehrəmlinin zülmündən qaçaraq xaricə sığınan qazaxlı iş adamı Elşad Məmmədov da həmin şirkətin binasında yerləşən 51 və 52 saylı mənzillərinin Hacı İbrahim Nehrəmli tərəfindən mənimsənildiyini iddia edərək uzun müddət şikayətçi düşmüşdü.

Doğrudur, sadə bir iş adamı olan Elşad Məmmədov həmin zaman qılıncının hər iki üzü kəsən Hacı İbrahim Nehrəmliya hansısa təsiri göstərə bilmədi. Aclıq etdi, ağzını tikdi, intihara qədər getdi, amma yenə də Hacı İbrahim Nehrəmli ondan fırıldaq yolu ilə mənimsədiyi mənzillərinin pulunu geri vermədi.

İndi bununla bağlı dia.az-a danışan Elşad Məmmədov bildirir ki, hazırda Hacı İbrahimin başına gələnləri Allahın ədaləti kimi qəbul edir: “Hacı İbrahim Nehrəmlinin bacanağı, “Həsən-96" şirkətinin şöbə müdiri Emin Tağıyev mənim evlərimi əlimdən aldı. Uzun illər məhkəmədə qaldım. Şikayət etdiyim yer qalmadı. Ölkədən qaçaq salındım. Hacı İbrahimin qardaşı bu günlərdə də məni ölümlə hədələdi... Nəhayətdə bu gün xaricdəyəm. Amma Allah onlara öz ədalətini göstərir, bundan da betər olacaq”...
Xəbəriniz olsun

19.08.2018 - Azərbaycanda benzin bahalaşdı

18.08.2018 - Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?

18.08.2018 - Elmar Vəliyevə sui-qəsd - yeni həbslər və təfərrüat

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

17.08.2018 - “Qarabağ” “Şerif”lə nə nə vaxt meydana çıxacaq? - Avropa Liqası

17.08.2018 - Bakıda avtobusda qadına təcavüz edildi: Niyə mənə toxunursan? - VİDEO

17.08.2018 - Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

Facebook