Hollandiya II Avropa Oyunlarından imtina etdi

11 iyun 2015
Hollandiya II Avropa Oyunlarından imtina etdiNiderland 2019-cu ildə 2-ci Avropa Oyunlarına ev sahibliyi hüququndan imtina edib.

"Azadlıq" radiosunun məlumatına görə, Hollandiya hökuməti iyunun 10-da bildirib ki, bu oyunların təşkili üçün 57,5 milyon avroluq xərc yerli, əyalət və milli hakimiyyət orqanları üçün həddindən artıq çoxdur.

Hökumət, həmçinin 2019-cu ildə üzgüçülük və yüngül atletika üzrə Avropa çempionatını əsas gətirərək eyni vaxta düşən Avropa Oyunlarında aparıcı idmançıların lazımınca təmsil olunacaqlarını şübhə altına qoyub.

Avropa Olimpiya Komitəsinin rəhbəri Patrik Hickey bu qərardan təəssüfləndiyini, amma yenə də oyunlara marağına görə Hollandiya hökumətinə təşəkkür etdiklərini bildirib.

Komitə digər 5 potensial ev sahibi ilə danışıqlar aparılacağını bildirir. Amma həmin ölkələrin adı açıqlanmır.

Qeyd edək ki, bu bəyanat Azərbaycanda keçirilən ilk Avropa Oyunlarının açılışına 2 gün qalmış verilib. Azərbaycanda ilk Avropa Oyunları iyunun 12-dən 28-dək keçiriləcək.
Xəbəriniz olsun

20.08.2018 - ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücumda şübhəli bilinən şəxs saxlanılıb

20.08.2018 - “Azəriqaz” 30-a yaxın ailəni də evsiz qoymaq istəyir

19.08.2018 - Azərbaycanda benzin bahalaşdı

18.08.2018 - Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?

18.08.2018 - Elmar Vəliyevə sui-qəsd - yeni həbslər və təfərrüat

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

17.08.2018 - “Qarabağ” “Şerif”lə nə nə vaxt meydana çıxacaq? - Avropa Liqası

17.08.2018 - Bakıda avtobusda qadına təcavüz edildi: Niyə mənə toxunursan? - VİDEO

17.08.2018 - Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

Facebook