Azad Rəhimov: "Bunu mənə sübut edin, istefa verim..."

11 iyun 2015
Azad Rəhimov: "Bunu mənə sübut edin, istefa verim...""Dünyada hansısa bir audit şirkəti Gənclər və İdman Nazirliyinin büdcəsindən bir manatın kənara xərclənməsini sübut edərsə, mən öz vəzifəmdən istefa verməyə hazıram".

"Trend"-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün I Avropa Oyunlarına həsr olunmuş mətbuat konfransında xarici jurnalistin korrupsiya ilə bağlı sualına cavab verərkən deyib.

A.Rəhimov qeyd edib ki, Azərbaycanın idman büdcəsi ildə təqribən 10 milyon manat təşkil edir və bu vəsait bütün idman növləri üzrə müxtəlif yarışlarda iştirak etmək üçün xərclərə, təlimlərə, idman avadanlıqlarının alınması, dərman təchizatı və digər məsələlərə sərf olunur.

Avropa Oyunlarının büdcəsinə gəlincə isə nazir bildirib ki, büdcə 960 milyon manat idi və sonradan 1 milyarddan bir qədər çox oldu.

Gənclər və idman naziri A.Rəhimov deyib ki, I Avropa Oyunları dostluğun, həmrəyliyin təntənəsi olmalıdır: "İdman sülh deməkdir və insanları birləşdirir. İdmanı siyasiləşdirmək istəyən təşkilatların heç biri öz məqsədlərinə çata bilməyəcək. Biz görməmişdik ki, hansısa bir ölkənin Olimpiya Komitəsi boykotla çıxış etsin. Biz bəzi stenoqramlara nəzər saldıqda görürük ki, bunu siyasiləşdirmək istəyirlər".

Nazir qeyd edib ki, əsas məqsədimiz idmandır və gənc nəsli sağlam ruhda yetişdirməkdir.

Qeyd edək ki, mətbuat konfransı Azərbaycan prezidenti İlham Əliyevin şəxsi tapşırığı əsasında keçirilib.
Xəbəriniz olsun

17.02.2019 - Ülvi Quliyevi Avropadakı siyasi mühacirlə nə bağlayır?

17.02.2019 - "A kişi, dedim kəs!" — Binəqədidə ağacların kəsilməsinə əmr verən məmur kimdir? (VİDEO)

16.02.2019 - Milli Şura mitinq təyin etdi: Hakimiyyətin əsəbləri fevralın 23-də sınağa çəkiləcək

16.02.2019 - Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar

16.02.2019 - Qarabağ əlilləri Nərimanov RİH başçısı müavinin üstünə yeridi: "Sən kimsən?" - ŞOK VİDEO

16.02.2019 - Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür

16.02.2019 - Prezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM

16.02.2019 - BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ – Ali təhsildə dəyişikliklər

16.02.2019 - Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?

16.02.2019 - Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

15.02.2019 - Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı

15.02.2019 - İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

15.02.2019 - Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?

Facebook