Abşeronun icra başçısı istintaqa çağırıldı

13 iyun 2015
Abşeronun icra başçısı istintaqa çağırıldıZakir Fərəcov Saray bələdiyyəsinin sədrinin öldürülməsinə görə dindirilib; ona ölkədən çıxmaq qadağan edilib

Abşeronun icra başçısı Zakir Fərəcov Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və həyat yoldaşı Vəfadar Əbilhəsənovun qətli ilə əlaqədar istintaqa çağırılıb. Bu haqda istiqlal.az məlumat yayıb. Sayt yazır ki, Zakir Fərəcov qətl işi ilə bağlı dindirildikdən sonra sərbəst buraxılsa da, onun ölkədən çıxışına qadağa qoyulub.

Yada salaq ki, Saray bələdiyyəsinin sədri və onun həyat yoldaşının qətlindən sonra olayda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adı hallanmağa başlayıb. Qatil Fədai Hüseynovu Z.Fərəcovla bağlayan bir çox tellərin varlığı da bu haqda fikirlərin heç də əsassız olmadığını ortaya qoymuş oldu.

Bir neçə gün əvvəl cumhuriyyet.az saytı Əbilhəsənovların qətli ilə bağlı həbs olunan 35 yaşlı Fədai Hüseynovun məhkəməsində ilginc faktlar açıqlandığını yazmışdı. Qeyd olunurdu ki, F.Hüseynovun indiyədək açıq qalan 3 cinayət işi olması ilə yanaşı onun V.Əbilhəsənovanın sürücüsü və tapşırıqlarını yerinə yetirən şəxs olduğu üzə çıxıb. Eyni zamanda bu dəhşətli qətldə torpaq satışı amilinin rol oynaması Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun da adını dolayısı ilə bu işə bağlayan məqamlar ortaya çıxarır.

Həmin yazıdan sitat: “Əvvəla, məlum olur ki, Fədai Hüseynov bir vaxtlar Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısı Nərgiz xanımın da sürücüsü işləyib, qardaşları Abşeron rayonunda, xüsusən də Saray qəsəbəsində torpaq satışı məsələsində Z.Fərəcovun Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsində işləyən bacısı oğlu Elgiz Fərəcov və qətlə yetirilən bələdiyyə sədri ilə əlbir işləyiblər. Bu həmin Elgiz Fərəcovdur ki, ötən il mətbuatda onun hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığına dair məlumatlar yayılmışdı. Həmin məlumatlarda bildirilirdi ki, onun həbsinə səbəb qeyri-qanuni torpaq satışı təşkil etməsi və bu zaman başqasının etibarından sui-istifadə etməsi olub. Şikayət əsasında həyata keçirilən əməliyyat təbiri nəticəsində həbs olunan E.Fərəcov dayısı Zakir Fərəcovun müdaxiləsi nəticəsində bir müddət sonra sərbəst buraxılıb. Z.Fərəcov bu hadisənin onun nüfuzuna və gələcək planlarına zərbə vuracağından narahat olaraq bacısı oğlunu həbsdən qurtarıb. Həbsdən çıxan E.Fərəcov isə əvvəlki əməllərini davam etdirib və Abşeronda torpaq biznesinin əsas fiqurlarından biri kimi fəaliyyətini davam etdirir”.

Baş verən dəhşətli qətl işində Z.Fərəcovun adının çəkilməsinin bir səbəbi isə bu il aprelin 29-da moderator.az saytında dərc olunan “Saray bələdiyyəsinin xanım sədri qoçu dəstəsi saxlayır” sərlövhəli yazıdır. Şikayətçi Fikrət Məmmədovun məktubu əsasında hazırlanan həmin yazıda Saray bələdiyyəsində baş verənlərdən bəhs olunur. Torpaq alverində icra başçısı Zakir Fərəcovun qohumu Elgiz Fərəcovun, onun dostu kimi qatil Fədai Hüseynovun, qardaşı Vüqar Hüseynovun və Vəsilə Əbilhəsənovanın adları hallanırdı.

Belə görünür ki, Z.Fərəcovun barəsində kifayət qədər ifşaedici əsaslar olduğundan onu iş üzrə istintaqa dəvət ediblər. İcra başçısının ölkədən çıxışına qadağa qoyulması da diqqətdən kənar qalmamalıdır. İstintaq belə bir qərar veribsə, deməli, məsələ çox ciddidir. O qədər ciddidir ki, icra başçısı ölkədən gedə və geri dönməyə bilər.

Göründüyü kimi, Z.Fərəcovun adının bu dəhşətli qətl işi ilə bağlı gündəmə gəlməsini şərtləndirən çox ciddi məqamlar var və yəqin ki, həm icra başçısı, həm də onun yaxın ətrafı çox ciddi suallara cavab verməli olacaqlar.

Qeyd edək ki, faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi (iki və ya daha çox şəxsi öldürmə) ilə cinayət işi başlanıb. F.Hüseynov haqda Abşeron Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Xəbəriniz olsun

12.11.2018 - Daxili İşlər Nazirliyi Şabranda ruhi xəstəni döyüb öldürən “cinçıxardanların” fotosunu yaydı

12.11.2018 - Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi Gəncə-Qazax bölgəsində birgə onkoloji skrininq və elmi-praktik ...

12.11.2018 - Akim Bədəlovun Dövlət Agentliyində “alternativsiz” korrupsiya projeləri

12.11.2018 - Binəqədidə İlqar Süleymanov kabusu: müavin başçıya hökm edir?

11.11.2018 - “ZAMİRƏDƏN SONRA HƏDƏF ANAR MƏMMƏDOVDUR” – Sensasiyalı açıqlama

11.11.2018 - Əli Abbasovun oğlu, Etibar Pirverdiyevin isə kürkəninin Londonda villa və şirkəti üzə çıxdı - FOTOLAR

11.11.2018 - Abşeronlu gənclər Bursada bayraq yürüşü keçirdilər - FOTO

10.11.2018 - Ülkü Ocaqları Azərbaycan şöbəsi Bakıda Qazi Atatürkün heykəli qarşısında anım törəni keçirtdilər - FOTO

10.11.2018 - Zamirə Hacıyevanın ifadəsi üzə çıxdı – “Bu, ərimin…”

10.11.2018 - Norveç Bakıdakı səfirliyini bağlayır

09.11.2018 - Azərbaycan ordusu Naxçıvan istiqamətində yenə irəliləyib, bütün strateji yüksəklikləri tutub

09.11.2018 - "Qarabağ" Ukraynada "Vorskla"nı məğlub etdi: azarkeşlər bir-birinə girdi, işə polis qarışdı

08.11.2018 - “Nar”dan Bayraq Günü münasibəti ilə abunəçilərinə hədiyyə

Facebook