"Məşəli yandırmağımı prezident və xanımı istəyirdi..." - İlham Zəkiyev

13 iyun 2015
"Məşəli yandırmağımı prezident və xanımı istəyirdi..." - İlham Zəkiyev“Gənclər və idman naziri Azad Rəhimov bildirdi ki, cənab prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış günü məşəli mənim yandırmağımı istəyir. Bu məni bir qədər şoka saldı və həyəcanlandım”.

Avropa.info xəbər verir ki, bunu azvision.az-a açıqlamasında ötən gün I Avropa Oyunlarının məşəlini alovlandıran dəfələrlə paralimpiya çempionu olmuş İlham Zəkiyev deyib.

İlham Zəkiyevin sözlərinə görə, ölkə başçısı məşəli Atəşgah məbədində alovlandıranda, açılış mərasimində məşəli onun yandıracağı bəlli idi: “Bu tapşırılmışdı və sirr saxlanılmalı idi. Buna hazırlıq gedirdi, məşq edirdik. Hazırlaşdıq və nəticə də dünən göz qabağında idi. Möhtəşəm bir açılış oldu. Bunun davamı olaraq yarışlar da yüksək səviyyədə keçiriləcək. Bütün idmançılarımıza uğurlar arzu edirəm. Arzu edirəm ki, bütün qazanacağımız medalların sayına görə Azərbaycan birinci olsun”.

Paralimpiya çempionumuz bildirib ki, açılış günü məşəli onun yandırması xalqımızın mübariz olduğunu bir daha göstərdi.

“Elmar Qasımovun bayraqdar olması da təsadüfi deyildi. Bildiyimiz kimi Elmar Qasımov 2009-cu ildə Yerevanda gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb və Azərbaycan himnini səsləndirib. Onun bayraqdarın olması və məşəli mənim yandırmağım bu bizim xalqımızın bir daha mübarizliyini göstərdi. Vətənə qulluğum hərbidə aldığım məlum yaradan sonra yarımçıq qaldı. Amma bu gün vətənə qulluğumu idmanla edirəm”.

Qeyd edək ki, gözlərinin görməməsinə baxmayaraq, ayaq üstə durmağı bacaran döyüşçü-idmançımızın məşəli qaldırmasında böyük bir simvolik məna var idi. Ancaq təəssüf ki, cəmiyyətimizdə onu tanımayanlar da var.

İlham kəşfiyyatçı olub. Bir çox təhlükəli döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gələn əsgər Zəkiyev 7 ay orduda nümunəvi xidmət edib, fəxri fərmanlar alıb.

1999-cu ilin fevral ayında növbəti dəfə döyüş tapşırığını yerinə yetirərkən erməni snayperinin açdığı atəş nəticəsində İlham yaralanıb. Güllə onun başına dəyib, sol gicgahından girərək sağ gicgahından çıxı. İlham aldığı yaradan komaya düşüb.

Komadan çıxdıqdan sonra məlum olub ki, İlham görmə qabiliyyətini tamamilə itirib.
Həkimlər hətta belə bir ölümcül yaradan sonra onun sağ qalmasını möcüzə sayırdılar. Bütün göstərilən səylərə baxmayaraq, İlhamın görmə qabiliyyətini qaytarmaq mümkün olmayıb.

İlham Zəkiyev birinci dərəcəli Qarabağ əlili kimi evə dönüb. Bu zaman onun hələ 19 yaşı tamam olmamışdı. Hərbi xidmətdən evə dönən İlham idman karyerasına başlayıb. 2 dəfə paralimpiya oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu olub.

O, Əməkdar idman ustası, "Şöhrət" ordeni və "Tərəqqi" medalı ilə təltif edilib.
Xəbəriniz olsun

21.11.2018 - Abel Məhərrəmov danışdı: "Şouya çevirmək istəyirlər..."

21.11.2018 - Abel Məhərrəmova 1 həftə vaxt verildi - Kabineti boşaltmaq üçün

21.11.2018 - Direktoru döyən aktyor danışdı – Təhsil Nazirliyini ittiham etdi

20.11.2018 - Millinin ölüm-qalım mübarizəsi – 90 dəqiqəlik savaş

20.11.2018 - Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

20.11.2018 - "Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20.11.2018 - Gəncədəki partlayışda ölənlərin sayı 3-ə çatdı: Kəmaləddin Heydərov hadisə yerinə getdi

19.11.2018 - “Veysəloğlu” şirkətinə kiflənmiş “Ozmo” ittihamı – Foto

19.11.2018 - Səudiyyəyə gedən prezident yoxa çıxıb: 1 aydır xəbər yoxdur…

19.11.2018 - Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinə basqı+VİDEO

19.11.2018 - MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı – Sirr

19.11.2018 - Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

18.11.2018 - “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

Facebook