CHP: Ərdoğan 18 millət vəkili almaq istəyir, pullar Azərbaycanda hazırdır

15 iyun 2015
CHP: Ərdoğan 18 millət vəkili almaq istəyir, pullar Azərbaycanda hazırdırTürkiyədə iyunun 7-də keçirilən parlament seçkilərində təkbaşına hökumət qurmaq imkanını əldən verən hakim AKP yetərsayı əldə etmək üçün ehtiyacı olan 18 millət vəkilini başqa partiyalardan transfer edə bilər.

Virtualaz.org saytı xəbər verir ki, hazırda Türkiyə siyasi dairələrində bu ehtimal ciddi müzakirə olunur. Məsələyə münasibət bildirən CHP baş katibi Gürsel Telin AKP-nin yenidən təkbaşına iqtidar olmaq üçün hər şeyə əl ata biləcəyini deyib.

“Bizim üçün namus anlayışı çox əhəmiyyətlidir. Heç kimin millət iradəsi ilə aldığı mandatı, millətin iradəsini, öz namusunu bazara çıxarıb satacaq qədər alçaq düşüncə içində olmasını düşünə bilmirəm. CHP-də belələri qətiyyən ola bilməz.

Ancaq MHP və HDP-də olacağına da milyonda bir ehtimal verə bilmrəm. AKP iqtidarda qalmaq üçün insanları sadəcə pulla deyil, başqa şeylərlə də sıxışdıra bilər. Hər cür çirkin yollara əl ata bilərlər. Ancaq AKP üçün 30-40 milyon dollar heç nədir. Haram iş adamlarının gələcəyi ortaya qoyulub. Haram iş adamları bu işə hazırdır. Pullar Qətərdə, Azərbaycanda hazırdır”-deyə Gürsel Tekin bildirib.
Xəbəriniz olsun

20.07.2018 - Atı zorlayan şəxsin şok müdafiəsi: “Mənə göz vurdu”

20.07.2018 - Almaniyadan deportasiya edilənlər Bakıda kütləvi şəkildə həbs olundular

20.07.2018 - Bu il “BakuBus” 85 sürücünü işdən azad edib

20.07.2018 - Paşinyan Qarabağda müharibə riski haqda

20.07.2018 - Bakıda dəbdəbəli mənzili ərəblərə 3 günlüyə kirayə verdi, qayıdıb şoka düşdü - VİDEO

20.07.2018 - “Zapravka”nı soyan şəxs: “Həmin pulla kirayə haqqımı ödədim”

20.07.2018 - Cinsi əlaqədə ola bilməyən Adnan Oktar "kediciklər"ə bunu edirmiş - İYRƏNC ÜSUL

19.07.2018 - SAHİBKARLAR ZAKİR FƏRƏCOVDAN ŞİKAYƏTÇİDİR – “Dedi ki, sənin nəslində bir kişi yoxdur…” + FOTOLAR

19.07.2018 - Havanın temperaturu enəcək: güclü külək, şimşək, leysan və dolu gözlənilir

19.07.2018 - Paşinyandan Rusiya hərbi bazasına sərt reaksiya

19.07.2018 - Ramiz Zeynalov erasının sonu: “QAİ generalı”nın imperiyası süqut edir

19.07.2018 - “1000 bərəkət, halal nemət”dən dəhşətli kadrlar: ürəyi zəif olanlar baxmasın – 13+VİDEO

19.07.2018 - İran-Pakistan sərhədində atışma: bir hərbçi həlak oldu

Facebook