Gəncədə anasının bıçaqladığı digər azyaşlı da xəstəxanada öldü

29 iyun 2015
Gəncədə anasının bıçaqladığı digər azyaşlı da xəstəxanada öldüBir müddət əvvəl Azərbaycanın Gəncə şəhərində anasının bıçaqladığı digər azyaşlı da xəstəxanada ölüb.

Gəncə Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, yaralı azyaşlı hadisədən bir neçə gün sonra müalicə aldığı xəstəxanada keçinib.

Sayt məlum qətlin bəzi təfərrüatlarını da əldə edib. Araşdırmalar zamanı müəyyən edilib ki, hadisəni törədən Sədaqət Babayeva ilə əri Ramal Əliyevin arasında gərginlik olub. Onlar bir müddət əvvəl boşanmağa qərar veriblər. Lakin R. Əliyev boşanandan sonra uşaqları öz himayəsində saxlayacağını bildirib. Buna görə əri ilə bir neçə dəfə mübahisə edən S. Babayeva uşaqları öldürmək qərarına gəlib.

Polis tərəfindən tutulan S. Babayeva ifadəsində tutduğu əməldən peşman olduğunu deyib.

Qeyd edək ki, hadisə iyunun 20-də Gəncə şəhərində qeydə alınıb. Şəhər Baş Polis İdarəsinə şəhər sakini Ramal Əliyevin yaşadığı mənzildə naməlum şəxsin onun iki azyaşlı övladını bıçaqla qətlə yetirməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları orada bıçaq xəsarətləri almış uşaqlardan birinin artıq ölməsini, digərinin isə ağır vəziyyətdə olmasını aşkar ediblər.

Faktla bağlı dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətin sırf ailə-məişət münaqişəsi zəminində Ramal Əliyevin həyat yoldaşı, yəni uşaqların doğma anası olan Sədaqət Babayev tərəfindən törədilməsi müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Qadın ilkin ifadəsində törətdiyi cinayəti də tam etiraf edib. Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbəriniz olsun

25.06.2019 - Ulduzlar iyunun 25-ə nə vəd edir? - FAL

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

Facebook