Dollar və qızıl bahalaşacaq

02 iyul 2015
Dollar və qızıl bahalaşacaq"Saxo Bank" Federal Ehtiyat Sistemi (FES) faiz dərəcələrinin hər an artırıla biəcəyini elan edib. Bankın ekspertlərinin fikrincə, proses çərçivəsində ən önəmli sual FES rəhbəri Canet Yellenin faizləri bir dəfə, yoxsa silsilə şəklində artıracağı ilə bağlıdır.

Onlayn aktivlərin ticarəti və investisiyalar üzrə ekspert bank kimi tanınan "Saxo Bank" hesab edir ki, ABŞ-da hazırkı iqtisadi şərait FES-in uçot dərəcəsini yüksəltməyə əsas təşkil etməsə də, təəssüf doğuracaq bu qərar hər an verilə bilər.

"Report" xəbər verir ki, "Saxo Bank"ın baş iqtisadşısı Stin Yakobsenin fikrincə, FES-in faiz dərəcələrini artırmaqla bağlı perspektivləri III rübün ən mühüm bazar hadisəsidir. S.Yakobsen faiz artımının bu il ərzində bir dəfə olacağını proqnozlaşdırır və bu halda dolların zəifləyəcəyini düşünür. Faiz artımının nəticəsi olaraq isə yenicə iqtisadi artımı sürətlənməyə başlayan ABŞ iqtisadiyyatı "beşikdəcə boğulacaq".

O, faizlərin yüksəlməsi nəticəsində artacaq kapital və istehsalat xərclərinin birləşməsi səbəbi ilə Avropada iqtisadi artımının yavaşlayacağını, ABŞ-da isə neytral olacağını ehtimal edir. "Gəlir və inflyasiyanın aşağı olduğu uzun bir dövrün son mərhələsinə daxil oluruq. Ancaq hər iki göstəricidəki artım aldadıcı ola bilər. Belə ki, əsas proseslər 2016-cı ildə başlayacaq", - deyə bank rəsmisi bildirib.

Ekspert hesab edir ki, OPEC-in hasilatı artırması və ABŞ-da neft ehtiyatlarının artması neftin qiymətini aşağı salacaq. ABŞ-da faiz dərəcələrinin artımı isə qızıl bazarında alış üçün yaxşı imkanlar yarada bilər. Nəticədə, qızıl 1 275 dollar/unsiya səviyyəsinə qədər bahalaşa bilər. Qeyd edək ki, proqnozlar bank tərəfindən 2015-ci ilin III rübü üçün verilib.
Xəbəriniz olsun

17.11.2017 - Azərbaycanda benzin bahalaşdı

17.11.2017 - Bakıda evi uçurulan şəxs özünü doğradı: “Mənim evimi niyə sökdünüz?” (VİDEO)

17.11.2017 - Zeynəb Xanlarova Rasim Balayevin xəstəliyi haqda

17.11.2017 - Ərdoğan: “Putin Qarabağ probleminin həllinə inanmır”

17.11.2017 - Lənkəranskinin qardaşı haqda şok məhkəmə qərarı (Video)

15.11.2017 - Sumqayıtda avtobuslar daşa basıldı

15.11.2017 - Qurban Qurbanovun islahatları istefalarla başladı: Kimlər getdi, kimlər gələcək?

15.11.2017 - Azərbaycanda ünvanlı sosial yardım ləğv olunacaq

15.11.2017 - BAKIDA DƏHŞƏT: İçdiyi araq butulkası ilə özünü öldürdü – TƏFƏRRÜAT

15.11.2017 - Millimizin futbolçusu azarkeşi təhqir edib, söhbətə çağırdı: "Ağıllı ol"

15.11.2017 - Ramil Usubov rəisi təqaüdə göndərdi

15.11.2017 - Zaur Hüseynov bu hadisəyə görə onları cəzalandırdı: Rəisi işdən çıxardı

15.11.2017 - Ceyranbatanda məktəbdə faciəvi dava - araya girən xadimə aldığı xəsarətdən ölüb

15.11.2017 - Pensiyalar necə hesablanacaq? - Nazir detalları açıqladı

15.11.2017 - NİDA-çı gənc həbs olundu

15.11.2017 - Ramiz Zeynalovun böyük imperiyası: Xırdalandakı DYP-dən ucqar Tovuzadək...

14.11.2017 - “Fəzail İbrahimlinin oğlumu gündəmə gətirməyi namərdlikdir” - Adaş deputatlar arasında savaş

14.11.2017 - Cəmil Əliyevin “xərçəng biznesi”: Milli Onkologiya Mərkəzində nə baş verir?

13.11.2017 - Bakıda iki ölkənin səfirliyinə məxsus avtomobillər toqquşub

Facebook