Neftçimiz xarici şirkəti məhkəmədə uddu və sevincindən öldü

03 iyul 2015
Neftçimiz xarici şirkəti məhkəmədə uddu və sevincindən öldü “Binagadi oil” xarici neft şirkətində qeyri-qanuni şəkildə işdən çıxarılmış neftçi Məhəmməd Həsənov məhkəmənin qərarı ilə 14 aydan sonra təkrar işə bərpa edilib.

Lakin şirkətə qarşı məhkəmədə qalib gələn neftçinin ürəyi bu şad xəbərə davam gətirməyib.

Savash.info xəbər verir ki, bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyev məlumat verib.

Vəkilin sözlərinə görə, 14 ay maddi sıxıntı çəkən neftçi əsəb sarsıntısı keçirib: “Məhəmməd Həsənov qanunsuz olaraq işdən çıxarılmışdı. Buna görə də şirkətə qarşı maddi və mənəvi təzminat, işə bərpa olunmaq iddiası qaldırılmışdı. Bir neçə gün öncə keçirilən məhkəmə prosesində bu iddia təmin edilsə də təəssüf ki, onun ürəyi bu xəbərə dözmədi”.

Qeyd edək ki, “Binagadi oil” şirkəti Bakıda neft biznesinə on milyonlarla sərmayə qoymuş inquş əsilli milyarder Mixail Qutseriyevə məxsusdur.

İş adamının “Qlobal Enerji Azərbaycan Ltd.” şirkətinin tərkibinə “Abşeron Operating Company Limited” (“Zığ” və “Hövsan” yataqlarını işləyir), “Karasu Operating Company” (“Kəlamətdin” və “Mişovdağ”), “Kura Valey Operating Company” (“Padar-Hərəmi”), “Neftçala İnvestments Limited” (“Neftçala”, “Xıllı”, “Durovdağ-Bazanan”), “Binagadi Oil Company” (“Binəqədi”, “Qırmakı”, “Çaxnaqlar”, “Sulutəpə”, “Masazır”, “Fatmayı”, “Şabandağ” və “Sianşor”) şirkətləri daxildir.
Xəbəriniz olsun

15.08.2018 - “Mütəllibov pulları zirzəmidə saxlayırdı” – Araz Əlizadədən manat açıqlaması

15.08.2018 - "Rəis dedi ki, şərait yarat, Fədayə Etibarla görüşsün"- Həbsxana qaçışında yeni faktlar

15.08.2018 - İcra başçısının müavini idarə rəhbərlərindən qoyun istədi: çəkisi 15 kq-dan az olmasın - FOTOFAKT

15.08.2018 - “Azercell”də gün - gündən yeniləşən maxinasiya və ya qəpiklərin üstündə qurulan səltənət

15.08.2018 - İntihar anonsu verən tanınmış jurnalist xəstəxanaya yerləşdirildi

15.08.2018 - Qurban Qurbanov: “Komandamdan razıyam”

14.08.2018 - İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı...

14.08.2018 - Hakimiyyətin media kapitanları arasında savaş başladı: APA agentliyi niyə bağlandı?!

14.08.2018 - Ərdoğandan ABŞ-a BOYKOT HƏMLƏSİ: "Onların “Ayfon”u varsa, bizim də..."

13.08.2018 - "“Qarabağ”ın ilk dəqiqələrdən yüksək templə çıxış edəcəyini gözləyirik” - BATE-nin Baş məşqçisi

13.08.2018 - “Nar” müştəri loyallığı indeksinə görə liderdir

13.08.2018 - Türkiyənin ABŞ-a 2,8 trilyon dollarlıq cavabı

13.08.2018 - Müğənni Manaf Ağayevin intihar fikrindən daşındırdığı əlilə 4 otaqlı ev verildi

Facebook