Arda Turan rəsmən "Barselona"da

07 iyul 2015
Arda Turan rəsmən "Barselona"da"Barselona" "Atletiko"nun yarımmüdafiəçisi Arda Turanın transferini rəsmiləşdirib. ANS PRESS-in məlumatına görə, türkiyəli futbolçu Kataloniya təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.

"Barselona" bu transfer üçün "Atletiko"ya 34 milyon avro ödəyəcək. Lakin "Barselona" gələn mövsüm La Liqanın qalibi olarsa və Çempionlar Liqasında ən azı 1/4 finala qədər irəliləyərsə, o zaman Kataloniya təmsilçisi Arda üçün daha 7 milyon avro ödəməli olacaq.

Ardanın transferi ilə bağlı danışan meneceri Əhməd Bulut bunları deyib: "Beş illik müqaviləyə imza atdıq. Təzminat 41 milyon avro olacaq. Arda çox xoşbəxtdir. Bu, hər futbolçuya nəsib olmaz. Ardanın transferi Türkiyə futbolu üçün böyük uğurdur. Onun "Barselona"ya transferi üçün ay yarım idi ki, görüşlər keçirirdim. Pul məsələsində heç bir problem olmadı. Bu həftə imza mərasimi olacaq".

Qeyd edək ki, 2011-ci ildə 13 milyon avro müqabilində "Qalatasaray"dan "Atletiko"ya transfer olunan Arda Madrid təmsilçisində keçirdiyi 127 oyunda 13 qol vurub.
Xəbəriniz olsun

23.01.2018 - Xudu Məmmədovu Zərdüşt Əlizadə öldürüb? - Şok iddiaya cavab

23.01.2018 - Sumqayıtda icra başçısının müavini sahibkarlığı boğur- ŞİKAYƏT

23.01.2018 - ABŞ-ın Türkiyə ilə birgə Suriya planı — “Təhlükəsizlik zonası” yaradıla bilər

23.01.2018 - Dağıstan rəhbəri Mahaçqala merinin həbsi haqda

23.01.2018 - Türkiyə Afrin əməliyyatında ilk şəhidini verib

23.01.2018 - Benzinin gömrük rüsumu 200 dəfə, tütünün 2 dəfə artdı - Hökumət qərar verdi

23.01.2018 - “Terrorçulara verdiyiniz silahları toplayın” - Türkiyədən ABŞ-a sərt cavab

22.01.2018 - Ədliyyə Nazirliyində islahatlar: vəzifədən azad olunanlar var

22.01.2018 - Beşiyində külə dönən körpə: Biləcəridə baş verən yanğın hamını ağlatdı - REPORTAJ

22.01.2018 - İtkin düşən alpinistlərdən nə xəbər?

22.01.2018 - Vergilər Nazirliyi Mübariz Mənsimovun işini araşdırır

21.01.2018 - Nərimanov RİH-ə gələn şikayətçilərə ilginc təklif: “Seçkilərdə onları söyərsiniz...” – Şok video

21.01.2018 - Təhsil nazirinin müavini Vergilər Nazirliyində yüksək vəzifə aldı

19.01.2018 - ŞOK OLAY: azərbaycanlı ailə polisi girov götürdü – HADİSƏNİN DETALLARI

19.01.2018 - Siqaretə görə cərimələmək səlahiyyəti iki nazirliyə verildi

18.01.2018 - Nazir iki müavinini işdən azad etdi

18.01.2018 - Ramil Usubov polislərə xəbərdarlıq etdi

18.01.2018 - Bakıda iki məhkum öldü

18.01.2018 - Xaləddin İsgəndərovun çöküşü Fəzail Babayevin başında çatlaya bilər

Facebook