Əhaliyə qarpız xəbərdarlığı: iyulun 20-dək ehtiyatlı olun!

08 iyul 2015
Əhaliyə qarpız xəbərdarlığı: iyulun 20-dək ehtiyatlı olun!İndiyə qədər aparılan yoxlamalar belə deməyə əsas verir ki, insanlar iyunun əvvəlindən iyulun 20-dək olan müddətdə qarpızdan istifadə edərkən bir qədər ehtiyatlı olmalıdırlar. Bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov deyib.

Y.İbrahimov bildirib ki, 1 kq-lıq qarpızın tərkibində nitratın miqdarı 60 milliqramdan, yemişdə isə 90 milliqramdan artıq olduqda zəhərlənmə riski artır: "Amma bu göstərici müvafıq olaraq 60 və 90 milliqramdan aşağıdırsa, zəhərlənmə qorxusu yoxdur".

Nazirlik rəsmisinin sözlərinə görə, indiyədək bəzi bazarlarda satışa çıxarılan qarpızlarda nitratın miqdarının artıq olması aşkarlanıb və həmin məhsullar satışdan çıxarılıb: “Bu da onunla əlaqədardır ki, qarpızlar tez dəyməsi üçün istixanalarda yetişdirilir, sonra açıq sahədə əkirlər. Qarpızların tez yetişməsi və çoxlu qazanc əldə etmək üçün təbii ki, oraya müxtəlif gübrələr verilir. Aqrotexniki qaydalara düzgün riayət olunmayanda, verilən gübrələrin hektara düşən normasının miqdarı artıq olduqda doymuş məhlul alınır və o, qarpız, yemiş tərəfindən sovrulur. Nəticədə məhsulda nitratın miqdarı artıq olur”.

Y.İbrahimov qeyd edib ki, artıq qarpızların tərkibində nitratın miqdarının, yəni qorxu riskinin azalması müşahidə olunur. Amma o, qarpız-yemişlərlə bağlı qorxu riskinin həmişə olduğunu söyləyib.

Laboratoriya rəhbəri əlavə edib ki, bu məhsullardan zəhərlənmənin baş verməməsi üçün daha həssas olan qrupların - hamilə qadınların, körpə uşaqların, yaşlı, xəstə insanların qarpızdan az istifadə etməsi daha məqsəduyğundur: "Digər tərəfdən, axşam vaxtı xəstə adamların qarpız yeməsi məsləhət görülmür. Çünki bu meyvə qan təzyiqinin artmasına səbəb ola bilər. Qarpızı soyutmaq üçün onu kəsərək soyuducuda saatlarla saxlamaq da neqativ haldır və belə qarpızları yemək ziyanlıdır".

Yol kənarlarında satılan qarpız-yemişlərə gəldikdə, Y.İbrahimov deyib ki, yol kənarlarındakı maşınlarda satılan qarpız və yemişlərin tərkibini yoxlamadıqlarından onların tərkibinin yaxşı, yaxud pis olması barədə fikir söyləyə bilməz: “Yol kənarlarında qarpız və yemişlərin kütləvi satışı həmişə olub və olacaq. Çünki onlara nəzarət etmək imkanı məhduddur”.

O, digər mövsümi meyvələrin tərkibi ilə problemin olmadığını da söyləyib: "Digər meyvələr təmizdir. İndi tərəvəzlərin - pomidor, çuğundur, badımcan, kələmin tərkibi yaxşıdır".
Xəbəriniz olsun

18.07.2018 - Əməkdar artistə qarşı 32 min manatlıq dələduzluq

18.07.2018 - İcra Hakimiyyətinin qarşısında özünü yandırmaq istədi – Azərbaycanda

18.07.2018 - Horadizdə pambıqçılığa həsr olunan müşavirə keçirilib

16.07.2018 - Rəsmi Tehran Gəncə hadisələrinə dair bəyanat verdi

16.07.2018 - Tramp Putinlə görüşmək üçün Finlandiyaya getdi

16.07.2018 - DÇ-2018-in ən yaxşıları açıqlandı

16.07.2018 - Gəncə hadisələrinin kölgədəki rejissoru: Tohid İbrahimlinin "Hüseynçilər" dəstəsi

16.07.2018 - ERMƏNİ KƏŞFİYYATÇISI ƏSİR GÖTÜRÜLDÜ – Diversiya cəhdi + FOTO

16.07.2018 - Gəncədə polisi qətlə yetirən Rəşad necə zərərsizləşdirilib? - DİN açıqladı

15.07.2018 - Azərbaycanın xüsusi xidmət orqanları Elmar Vəliyevə sui-qəsddə "Qum izi" aşkarladılar

15.07.2018 - Sumqayıta xüsusi təyinatlı bölmələr daxil oldu: həbslər başladı

14.07.2018 - Azərbaycan Milli Demokrat Partiyasının Gəncə hadisələri ilə bağlı bəyanatı

14.07.2018 - Nəsimi rayonunda sakinlər “müdafiə səddi” qurdular: İCRA BAŞÇISI "SƏNGƏRİN O TAYINDA" QALDI

Facebook