36 saylı TSEK-dən prezidentə şikayət: “And olsun Allaha, mən həqiqətən xəstəyəm, ancaq...”

09 iyul 2015
36 saylı TSEK-dən prezidentə şikayət: “And olsun Allaha, mən həqiqətən xəstəyəm, ancaq...” Ucar rayonu Rəstəcə kənd sakini İsayeva Kəmalə Ağasəlim qızı Savash.org-un elektron ünvanına məktub göndərərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 36 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən hüquqlarının pozulduğunu iddia edir.
36 saylı Tibbi Sosial Ekspert Komissiyasının müdiri Emil Kamilov və adıçəkilən qurumun əməkdaşı Talıb Məcidovun ondan 1000 manat rüşvət istədiyini, tələb olunan məbləği verə bilmədikdən sonra isə əlillik dərəcəsinin ləğv olunduğunu bildirən şikayətçi saytımız vasitəsilə müvafiq orqanlara müraciət edib:
“Artıq komissiya adı ilə 1 ildən çoxdur ki, sənədlərimi alıb saxlayıb pulu gözləyirlər. Digər Tibbi Sosial Ekspert Komissiyalarında mənim kimi həqiqətən əmək qabiliyyətini itirmiş xəstələrə hörmət edilib rüşvət almadan əlillik dərəcəsi təyin edilsə də 36 saylı TSEK-də bu mümkün deyil. Burada tam sağlam adamlar rüşvət verib, əlillik dərəcəsi ala bilirlər. Mənim kimi rüşvət verməyə imkanı olmayan həqiqətən əmək qabiliyyətini itirmiş əsl xəstələr isə belə süründürməçiliklərə məruz qalıblar.
1990-cı ildə evində çörək bişirən zaman qaz peçinin partlaması nəticəsində ağır dərəcəli yanıq xəsarəti alan Kəmalə İsayeva üzləşdiyi haqsızlıqların təfərrüatlarını açıqlayır: “Aldığım xəsarətlərə görə 2- il xəstəxanada stasionar müalicə olunmuşam. Bədənimin 80 %-i ağır dərəcədə yanıb. Damarlarımın çox hissəsi yandığı üçün hərəkət qabiliyyətim məhdudlaşıb, həmçinin danışanda belə çətinlik çəkirəm.Əmək qabiliyətimi itirdiyim üçün mənə 2-ci qrup əlillik dərəcəsi təyin edildi və buna görə müavinət alırdım.Aldığım pul dava-dərmanıma güclə çatırdı. Keçən il əlillik dərəcəmin təyin edilməsi üçün təkrar həkim komissiyasından keçirilmə adı ilə 36 saylı TSEK-in həkimi Talıb Məcidov sənədlərimi aldı, baxdı və mənə dedi ki, 1000 manat verməsən sənə növbəti dəfə əlillik dərəcəsi təyin edə bilməyəcəyik. Mən buna görə 36-saylı TSEK-nın baş həkimi Emil Kamilovun qəbulunda oldum, dedim bəlkə rəhmi gəlib ciddi xəstə, həqiqi əlil olmağımı nəzərə alara qanunu qaydada qərar çıxardar.Ancaq çox təssüf olsun ki, Emil həkim işçisinin dediyi sözü təkrarlayıb 1000 manat verməli olacağımı çəkinmədən açıq-aşkar dedi. İndi isə çox çıxılmaz vəziyyətdə qalmışam. Həqiqətən əmək qabiliyyətimi itirib əsil xəstə olmağıma baxmayaraq istədikləri rüşvəti verə bilmədiyim üçün bir ildir ki, sənədlərimi saxlayıb məni süründürməçiliyə məruz qoyublar.Bunu Allah da götürməz, ancaq bu zülümü mənə korrupsiyaya qurşanmış və korrupsiya şəbəkəsi yaratmış 36 saylı TSEK-ı mənə yaşadır”.
36 saylı TSEK-nın bu korrupsiya əməlləri barədə ölkə Prezidentinə, Mehriban xanım Əliyevaya və digər aidiyyatı orqanlara şıkayət ərizələri ilə müraciət etdiyini bildirən şikayətçi müvafiq orqanlardan hüquqlarının bərpasına yardımçı olmalarını istəyir:
“Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova müraciət edirəm ; hörmətli insanlar, and olsun, Allaha mən həqiqətən əmək qabiliyyətimi itirmişəm, əsl xəstəyəm anacq uzun illər buna görə 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdi və uzun illər müavinət alırdım. Səhhətim daha da ağırlaşdığı halda əlillik dərəcəmi ləğv etdilər.Nədi ki, istədikləri rüşvəti verməyə imkanım olmadı , xəstənin hansı maddi imkanı olar ki, rüşvət versin? Sizdən xahiş edirəm müraciətimi araşdırıb 36-saylı TSEK-nın rüşvətxor həkimləri barədə ciddi tədbirlər görəsiniz. İnanıram ki, 36 saylı TSEK-in korrupsiyaya qurşanmış müdiri Emil Kamilovun və əməkdaşı Talıb Məcidovun barəsində qanunu tədbirlər görəcəksiniz”.
Qarşı tərəfin mövqeyini də dinləməyə və işıqlandırmağa hazırıq.
Xəbəriniz olsun

17.02.2019 - Ülvi Quliyevi Avropadakı siyasi mühacirlə nə bağlayır?

17.02.2019 - "A kişi, dedim kəs!" — Binəqədidə ağacların kəsilməsinə əmr verən məmur kimdir? (VİDEO)

16.02.2019 - Milli Şura mitinq təyin etdi: Hakimiyyətin əsəbləri fevralın 23-də sınağa çəkiləcək

16.02.2019 - Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar

16.02.2019 - Qarabağ əlilləri Nərimanov RİH başçısı müavinin üstünə yeridi: "Sən kimsən?" - ŞOK VİDEO

16.02.2019 - Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür

16.02.2019 - Prezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM

16.02.2019 - BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ – Ali təhsildə dəyişikliklər

16.02.2019 - Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?

16.02.2019 - Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

15.02.2019 - Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı

15.02.2019 - İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

15.02.2019 - Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?

Facebook