Vidadi Isayevin “sağ əli”nin oğlu adam öldürdü: Yasa üzrxahlığa getdilər, döyüldülər…

17 iyul 2015
Vidadi Isayevin “sağ əli”nin oğlu adam öldürdü: Yasa üzrxahlığa getdilər, döyüldülər…Bərdə rayonunda məmur övladının harınlığı bir nəfərin ölümü ilə nəticələnib. Savash.org-a sızan məlumata görə, iyul ayının 11-də Bərdə şəhərində baş vermiş avtoqəza nəticəsində 18 yaşlı gənc həyatını dəyişib.

Baş vermiş hadisə ilə bağlı yayılmış rəsmi məlumatda bildirilirdi ki, Bərdə şəhərinin Bakı küçəsində yolu keçmək istəyən 18 yaşlı Elvin Ələkbərovu “Opel” markalı minik avtomobili vurub. Yaralı ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da gəncin həyatını xilas etmək mümkün olmayıb.

Savash.org-a baş vermiş faciəli olayla bağlı daxil olan məlumatda isə daha ilginc təfərrüatlar yer alıb. Daxil olan məlumata görə, qəzanı törədən məmur oğlu olub. Belə ki, qəzanı törədən 15 yaşlı Hüseyn Qasımov Bərdə rayon İcra hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində Baş məsləhətçi vəzifəsində çalışır. Eyni zamanda onun icra başçısı Vidadi İsayevin “sağ əli” olduğu bildirilir.

Mənbənin sözlərinə görə, Hüseyn Qasımov və həyat yoldaşı mərhumun yas mərasiminə gəlsələr də onlar gözlənilməz sitiuasiya ilə qarşılaşıblar. Belə ki, Bərdə RİH-nin əməkdaşı və həyat yoldaşı mərhumun qohumları tərəfindən döyülüblər.
Mövzuyla bağlı araşdırmalarımız davam edir.
SAVASH.ORG
Xəbəriniz olsun

19.08.2018 - Azərbaycanda benzin bahalaşdı

18.08.2018 - Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?

18.08.2018 - Elmar Vəliyevə sui-qəsd - yeni həbslər və təfərrüat

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

17.08.2018 - “Qarabağ” “Şerif”lə nə nə vaxt meydana çıxacaq? - Avropa Liqası

17.08.2018 - Bakıda avtobusda qadına təcavüz edildi: Niyə mənə toxunursan? - VİDEO

17.08.2018 - Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

Facebook