Mübariz Ağayev məktəb binasını zəbt edir: İcra başçısından təhsil nazirinə “əzələ nümayişi”

22 iyul 2015
Mübariz Ağayev məktəb binasını zəbt edir: İcra başçısından təhsil nazirinə “əzələ nümayişi”Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2015-ci il tarixli Sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Mübariz Ağayevdən şikayətlərin ardı-arası kəsilmir.
Savash.org-un məlumatına görə, Göyçaya rəhbər sifəti ilə gəldiyi ilk gündən adı ətrafında qalmaqal yaradan icra başçısı indi də Təhsil Nazirliyi ilə problem yaşayır. Bununla bağlı Göyçay rayonundakı mənbəmizin sözlərinə görə, Mübariz Ağayev Quba İcra Hakimiyyətinin möhtəşəm inzibati binasından sonra Göyçaydakı uçuq-sökük RİH binasında ürəksiz əyləşir. O, yaxın ətrafı ilə söhbətlərində bunu özünə qarşı hörmətsizlik kimi dəyərləndirdiyini açıq şəkildə ifadə edib və yaxın zamanlarda bununla bağlı konkret addımlar atacağını bildirib.
Savash.org-a daxil olan məlumatda iddia edilir ki, Mübariz Ağayev problemin “optimal həlli yolunu” da tapıb. Məlumat üçün bildirək ki, Göyçay RİH-nin inzibati binası ilə üzbəüz kifayət qədər əraziyə malik olan ortab məktəb yerləşir. İcra başçısının planı isə həmin orta məktəbi RİH binasına köçürmək, həmin məktəbin ərazisində isə Rayon İcra Hakimiyyəti üçün dəbdəbəli bina tikdirmək niyyətindədir. Amma necə deyərlər, Mübariz Ağayev saydığını saysın, görək Təhsil Nazirliyi nə sayır...
Məlumata görə, icra başçısının planından xəbər tutan Təhsil nazirliyinin rəhbərliyi bu ideyaya kəskin etiraz ediblər. Mübariz Ağayevin inadından dönməyəcəyi halda isə məsələnin prezident səviyyəsində qaldırılacağı gözlənilir.
SAVASH.ORG
Xəbəriniz olsun

19.01.2018 - ŞOK OLAY: azərbaycanlı ailə polisi girov götürdü – HADİSƏNİN DETALLARI

19.01.2018 - Siqaretə görə cərimələmək səlahiyyəti iki nazirliyə verildi

18.01.2018 - Nazir iki müavinini işdən azad etdi

18.01.2018 - Ramil Usubov polislərə xəbərdarlıq etdi

18.01.2018 - Bakıda iki məhkum öldü

18.01.2018 - Xaləddin İsgəndərovun çöküşü Fəzail Babayevin başında çatlaya bilər

18.01.2018 - “Nuray House” 30 fəhlənin pulunu mənimsədi? – Rəsmi qurumları “aldatdı”

18.01.2018 - YAP-çı deputatın işi antikorrupsiya idarəsində

18.01.2018 - “Bitcoin” kəskin ucuzlaşdı: “köpüklər partlayırmı?”

18.01.2018 - Cahangir Hacıyevin ən yaxın adamlarından biri xaricdə yaxalandı, Bakıya gətirildi

18.01.2018 - Cahangir Hacıyevin ən yaxın adamlarından biri xaricdə yaxalandı, Bakıya gətirildi

18.01.2018 - PA-nın yeni şöbə müdiri kimdir?

17.01.2018 - Fazil Məmmədovun Ukraynadakı mülkləri - Sensasion faktlar

17.01.2018 - SOCAR: “Mənsimovun bizə külli miqdarda borcu var”

17.01.2018 - Asif Əsgərovun inanılmaz “ixtira”sı: Nəsimi rayonunda ağaclar öz-özünə aşır - MÜƏMMA

17.01.2018 - Rəşad Sadıqov qələbə ilə başladı

17.01.2018 - Şəmkirdə 20 yaşlı oğlan özünü öldürdü

16.01.2018 - “Nar” abunəçiləri üçün xüsusi endirimli smartfon fürsəti

16.01.2018 - Nüfuzlu azərbaycanlı məmurun keçmiş qaynı BMT-dən kömək istəyir: Məmur yeznə bacısını və onu axtarır

Facebook