Bakıda polis mağazadan oğurluq edəndə tutuldu

22 iyul 2015
Bakıda polis mağazadan oğurluq edəndə tutulduBu gün saat 17:39 radələrində Səməd Vurğun küçəsi, 60 ünvanında yerləşən "AF Center" ticarət mərkəzində fəaliyyət göstərən "İrobot" şirkətinin mağazasında oğurluq hadisəsi baş verib.

Şirkətin Azərbaycandakı təmsilçisi Elşən Quliyev hadisə barədə bizimyol.info saytına məlumat verib. Onun sözlərinə görə, müştərilərdən biri satıcı Fərhad Quliyevə yaxınlaşaraq ondan təmizlik robortu üçün əlavə aksessuar alıb və pulunu ödəyib. Daha sonra o, satıcıdan əlavə paket istəyib. Fərhad Quliyev ona paket gətirmək üçün müştəridən aralanıb. Bu zaman həmin şəxs digər aksessuar komplektini götürərək aradan çıxıb.

Satıcı müştərinin hərəkətindən şübhələndiyi üçün nəzarət kamerasına baxıb və onun komplekti oğurladığını görüb. Dərhal hadisə barədə DİN-in 102 xidmətinə məlumat verib.

Qısa müddətdə mağazaya ətrafdakı polis əməkdaşları daxil olub. Onlar satıcı Fərhad Quliyevi özləri ilə yaxınlıqdakı polis bölməsinə aparıblar. Elşən Quliyevin sözlərinə görə, təxminən 40 dəqiqə sonra oğurluq edən şəxsin yaxalandığı barədə ona məlumat verilib. Məlum olub ki, həmin şəxs Quba Rayon Polis Şöbəsinin əməkdaşı Fərid Əliyevdir.

Mənbə onun hazırda polis bölməsində saxlanıldığını bildirib. Bölmədə satıcının ərizəsi alınıb. Fərid Əliyev isə hadisəni törətmədiyini bildirib. Şirkətin təmsilçisi isə hadisənin görütülərini mətbuata təqdim edə biləcəyini deyib.
Xəbəriniz olsun

15.01.2019 - DİN Bakıda böyük rezonans doğurmuş qətl haqda

15.01.2019 - Ali Məhkəmə Beytulla Hüseynovu azad edir

14.01.2019 - Özünü polis bölməsinin qarşısında yandıranla bağlı - DİN-dən açıqlama

14.01.2019 - “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır

14.01.2019 - "Bazarstore"a silahlı basqın: Vəzifəli şəxs yaralandı

14.01.2019 - Daha bir intihar: özünü 8-ci mərtəbədən atdı

14.01.2019 - Rektor əvəzi xanım şöbə müdirini işdən çıxardı, "Bulvar"ın rəis müavininə vəzifə verdi - BDU-da dəyişiklik

14.01.2019 - Media nümayəndələri eyni vaxtda 500 tələbənin biliyinin yoxlandiği imtahan prosesini izləyiblər

14.01.2019 - Sumqayıt 9 saylı məktəb direktorunun macəraları və ya "Təhsilin HƏQİQƏTİ"

13.01.2019 - Kəlbəcər girovunun məktubu: “Narahat olmayın, sağam”

13.01.2019 - Mirşahinin tutdurduğu QHT sədrinin oğlu azad edildi: "Mun sifətli "dostlar", bir az ləyaqətli olun"

13.01.2019 - Azərbaycanda polis İlkin Tapdıqov özünü güllələdi

12.01.2019 - Fransada “sarı jiletlilər”in nümayişi... - 24 nəfər saxlanıldı

Facebook