İŞİD Türkiyənin kurort bölgələrində terror xəbərdarlığı yaydı: “Qardaşlar, uzaq durun...”

25 iyul 2015
İŞİD Türkiyənin kurort bölgələrində terror xəbərdarlığı yaydı: “Qardaşlar, uzaq durun...”İŞİD terror qruplaşması Türkiyəni yeni terror aktları ilə hədələyib.

Türkiyə Hərbi-Hava Qüvvələrinin Suriyanın şimalındakı İŞİD hədəflərinə hava zərbələri endirməsindən sonra terrorçular buna kurort bölgələrinə hücumla cavab verəcəklərini elan ediblər.

İŞİD-in adından Twitterdə yayılan xəbərdarlıqlara görə otellərdə, çimərliklərdə, muzeylərdə və turistlərim sıx cəmləşdiyi digər yerlərdə terror hücumu gözlənilir.

Abdullah Guraba adlı İŞİD-çinin yaydığı belə mesajlardan birində deyilir: “Qardaşlar, yaxınlarınızı xəbərdar edin! Bu aralar turizm bölgələrindən uzaq dursunlar. İstanbulda da turizm bölgələrindən uzaq durun!”

Eliya Maqner adlı jurnalist isə Twitterdən Türkiyə hakimiyyətini xəbərdar edib ki, ölkə ərazisində İŞİD-in çoxlu sayda “yatmış özəkləri” və “tənha qurdları” hücuma hazır gözləyir.

Bundan əvvəl Britaniyanın “Daily Mail” nəşri Türkiyənin Qara dəniz sahillərindəki kurortlardan birində istirahətdə olan İŞİD terrorçusu Pasaliasi İsdenin fotolarını yayımlayıb.

Həmin terrorçunun bundan əvvəl Suriyada hökumət əsgərlərini edam edərkən görüntüləri yayılmışdı. Terrorçu Türkiyədə dincələrkən çəkdiyi şəkilləri özü facebookda yayıb.

Beləliklə, məlum olub ki, Suriyada baş kəsən İŞİD-çilər dincəlmək üçün maneəsiz Türkiyəyə keçə və Qara dəniz kurortlarında foto çəkdirib sosial şəbəkələrdə yerləşdirə bilirlər. Britaniya nəşri yazır ki, Pasaliasi İsde əvvəllər xristian olub.

Virtualaz.org
Xəbəriniz olsun

23.11.2017 - MN: Azərbaycan hərbi qulluqçusunun cəsədi neytral zonadadır

22.11.2017 - Ərdoğan: Qarabağ problemini yalnız Rusiya həll edə bilər

22.11.2017 - Rəsulzadənin xanımının məzarı tapıldı

22.11.2017 - Bakıda avtobus qəzaya düşdü: Yaralılar var

22.11.2017 - Abdin Fərzəliyevin özbaşınalığı Azərbaycan dövlətinin "başında çatladı": Narazılar Putindən kömək istədi

21.11.2017 - Putin Soçidə Bəşər Əsədlə görüşdü

21.11.2017 - İran-İraq sərhədində güclü zəlzələ baş verib

20.11.2017 - Azərbaycanlı adamyeyəndən dəhşətli etiraflar: "Qızları aparırdım Xaçmaza, ət maşınından çəkirdik, yeyirdik... ...

20.11.2017 - Xırdalanda doğuş zamanı komaya düşmüş 22 yaşlı ana dünyasını dəyişib

20.11.2017 - Təhsil İdarəsinin müdiri işdən azad olundu və saxlanıldı: Müəllim onu niyə bıçaqlamışdı?

20.11.2017 - Abdin Fərzəliyev işə gəlmir? - Şikayətçilər onu yerində tapa bilmir + İLGİNC İTTİHAMLAR, Video

20.11.2017 - "Qarabağ" - "Çelsi" oyunu üçün 400 avtobus ayrıldı

20.11.2017 - Bakıda zavodda partlayış: ölən və yaralananlar var

20.11.2017 - Məleykə Əsədova Ramiz Məlikdən 200 min istədi – Məhkəmə

20.11.2017 - Lotu Quliyə qarşı sui-qəsdin təfərrüatı

20.11.2017 - İcra başçısı pambığa görə 45 dəqiqə ərzində məmurları 126 dəfə söyüb: "...dağıdacam, it uşağı"

20.11.2017 - Telman İsmayılov: “Mən qatil deyiləm”

20.11.2017 - Sarkisyan Putinin qabağında ağladı və soruşdu ki... – Qapalı Moskva görüşündə nələr BAŞ VERİB?

19.11.2017 - İcra başçısının müavini maaşını istəyən fəhləni söydü, döydü və...

Facebook