Xaləddin İsgəndərov İcra hakimiyyəti binasının bir mərtəbəsini oğluna verdi

27 iyul 2015
Xaləddin İsgəndərov İcra hakimiyyəti binasının bir mərtəbəsini oğluna verdiXaləddin İsgəndərovun oğlu Binəqədidə necə “ikinci adam” olub?

Rayon İcra Hakimiyyətinin başçısı övladına və digər qohumlarına lüks otaqlar verib...

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov medianın "ulduz”una çevrilib. Yaxın qohumu, vergilər naziri Fazil Məmmədovun dəstəyi ilə Binəqədiyə icra başçısı təyin edilən X.İsgəndərovun özbaşınalıqları haqda çoxsaylı şikayətlər çoxdan vardı.

Amma mayın 19-da bu rayonda 16 mərtəbəli binada baş verən dəhşətli yanğından sonra X.İsgəndərovun və başına yığdığı qohumlardan ibarət komandasının əməlləri barədə məlumatlar daha da artdı. Prezident İlham Əliyevin iyulun 13-də keçirdiyi müşavirədə Fazil Məmmədovun nazirliyini sərt tənqid etməsi X.İsgəndərovun toxunulmaz hesab etdiyi kreslosunu xeyli laxladıb. İddialara görə, X.İsgəndərovun əməlləri ilə bağlı dosye hazırlanıb. Məlum olub ki, icra başçısı olduğu cəmi bir neçə il ərzində yığdığı xəraclar sayəsində X.İsgəndərov iri oliqarxa çevrilib.

Belə ki, rayon ərazisindəki tikililərə qiymət vahid cədvəl əsasında qoyulub. Əgər Xaləddin İsgəndərovdan əvvəl Biləcəri, Binəqədi və Xocasən qəsəbələrində hasar çəkmək pulsuz, istənilən ölçüdə ev tikmək isə 500-1000 manat "şirinliklə” baş tuturdusa, X. İsgəndərov öz tariflərini müəyyən edib. Onun göstərişi ilə rayon ərazisində hasar çəkmək 2-3 min, kürsülü ev 8-10 min, iki mərtəbəli evin tikintisi üçün isə 12-15 min manat rüşvət tələb olunur. X.İsgəndərovun qanunsuz hərəkətlərindən biri də icra hakimiyyətinin birinci mərtəbəsində oğluna - Binəqədi İcra Hakimiyyətinə heç bir dəxli olmayan Elnur İsgəndərova lüks kabinet verməsidir.

Binəqədidə icra başçısından sonra ikinci şəxs Elnur İsgəndərov hesab edilir. Rayon ərazisində tikinti üzrə bütün işlər onun nəzarətində aparılır. İş görmək istəyən hər kəsə "kiçik İsgəndərovun” telefon nömrəsi verilir. E.İsgəndərovun Binəqədi ərazisi üzrə hər kənd və qəsəbədə 3-4 nəfər işçisi var. Bu şəxslər həmin ərazidə tikinti aparan şəxslərdən pul alaraq birbaşa icra başçısının oğluna çatdırır. Hətta kimsə həyətində tikinti işi görürsə, E. İsgəndərov əmisi oğlu Valeh İsgəndərovu həmin əraziyə yollayaraq məlumatı öyrənir. Əgər həmin şəxs pul vermirsə, Valeh İsgəndərov və dostları müdaxilə edirlər. Valeh İsgəndərov da qeyri-rəsmi olaraq Binəqədi İcra Hakimiyyətində əsas vəzifələrdən birini tutur.

O da icra başçısının əsas "pul yığanlarından” biridir. Rayonda tikinti, torpaq alqı-satqısı, digər bütün qara işlər həm də onun əli ilə həyata keçirilir. X. İsgəndərovun yanında digər qohumu - bacısı oğlu Araz da işləyir. O, X.İsgəndərovun sürücüsü və təhlükəsizliyinə nəzarət edir.

"Elnur müəllim” kimi tanınan icra başçısının oğlu tikinti sahəsi ilə yanaşı "paket” (yəni qeyri-formal maaş) işinə də baxır. Yaxşı işləyənlərə daha qalın "paket” verirlər ki, E.İsgəndərov bununla da öz əliaçıqlığını göstərir. Binəqədidə demək olar ki, hər daşın altında onun əl var. Onun izni olmadan Binəqədidə nə tikinti, nə də başqa iş görülməsi, sadəcə, mümkün deyil.

Binəqədi rayonu bütünlükdə Xaləddin İsgəndərovun oğlu, qardaşı oğlu və bacısı oğlunun qeyri-rəsmi inhisarındadır. Onlar da hərəsi bir neçə bələdiyyə və sahə idarələri üzrə nəzarət funksiyasını yerinə yetirirlər.

X. İsgəndərovun ailə şirkətinə çevirdiyi icra hakimiyyətində baş verənlərlə bağlı yaxın günlərdə ciddi qərar veriləcəyi gözlənilir. Məlumatlara görə, rayonun digər strukturlarda çalışan rəhbər şəxsləri də X.İsgəndərovun əməllərindən beziblər. İcra başçısı "hamısı mənim” deyib digər strukturların da işinə qarışır, hətta onların maraqlarında olan beş-üç manat "şirinliyə”də göz dikir. ("Yeni Müsavat")
Xəbəriniz olsun

25.04.2018 - Hüseyn Abdullayevin həbsi ilə bağlı ŞOK DETALLAR

24.04.2018 - Deputat Rafael Cəbrayılovla bağlı ilginc faktlar - Notarius təsdiqli dələduzluq?

24.04.2018 - “Əbülfəz Elçibəy-80” təşkilatı ölkə rəhbərlliyinə müraciət etdi, mitinq qərarı verdi - Toplantı

24.04.2018 - Heydər Əsədov "Ziya Məmmədova görə işdən çıxarılmısız" sualından belə yayındı – Açıqlama

24.04.2018 - MSK üzvləri mükafatlandırılır

24.04.2018 - Vüsal Novruzov üçün "əcəl zəngi": Səfər Mehdiyevin qisası uzun sürməyəcək

24.04.2018 - Nazir nəvəsi Bakıda yaşayış binasının 2-ci mərtəbəsində restoran açdı + VİDEO

23.04.2018 - Paşinyan qələbə mitinqində açıqladı: “Gəldilər, dedim Sərkisyan 2 saat ərzində getməlidir”

23.04.2018 - Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub

23.04.2018 - Prezident hökumətdə boş qalan vəzifələrə təyinatlar etdi: GEDƏNLƏR, QALANLAR VƏ YENİLƏR

23.04.2018 - Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır

23.04.2018 - Prezident yeni təhsil nazirini təyin etdi

23.04.2018 - MTN-nin qadın generalı azadlıqda: qalan generallar həbsxanaya göndərildi

Facebook