İcra başçısının şəhid anasını təhqir etməsi Beyləqanda aranı qatdı: Vaqif Abdullayevdən prezidentə şikayət edildi

29 iyul 2015
İcra başçısının şəhid anasını təhqir etməsi Beyləqanda aranı qatdı: Vaqif Abdullayevdən prezidentə şikayət edildiBeyləqan rayonunda şəhid ruhu icra baçısı tərəfindən təhqir olunub. Rayondakı mənbələrdən bu dəqiqələrdə Savash.org-a daxil olan məlumata görə, Füzuli rayonu Aşağı Veysəlli kəndindən məcburi köçkün düşmüş və üç şəhid vermiş Süleymanova Leyli İsrəfil qızı icra başçısı Vaqif Abdullayev və komandasının təzyiqi ilə üzləşib.
Daxil olan məlumatda bildirilir ki, dünən axşam saatlarında icra başçısı Vaqif Abdullayev bir neçə müavinin müşaiyyəti ilə şəhid ailəsi tərəfindən tikilmiş 30 kvadrat metrlik obyektə təşrif buyurub və traktorla obyektin sökülməsini əmr edib. Elə qarşıdurma da bundan sonra başlayıb.
Ətrafda olanlar şəhid ailəsinə qarşı edilən bu haqsızlığa etiraz edib və ərazidə əsl çaxnaşma yaranıb. Hadisə yerinə toplaşanların "Sizin şəhid aliəsinə qarşı belə bir addım atmağınız heç bir qanuna sığmır, məhkəmə qərarı olmadan hansısa obyektin bulduzerə verilməsi qanunlara tüpürməkdir” reaksiyasına isə cavab ənənəvi olub: "Biz kimik ki, bizə də buranı sökmək tapşırığını icra başçısı verib".
Savash.org-un məlumatına görə, baş vermiş insidentlə bağlı hüquqları pozulmuş şəhid anası Süleymanova Leyli İsrəfil qızı ölkə prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya müraciət ünvanlayıb. Həmin müraciətdə vurğulanır ki, icra başçısı sərxoş vəziyyətdə əraziyə gələrək şəhid anasına qarşı kobud davranıb və ona müraciətlə “bəsdi də, şəhid adından istifadə etməyin” ifadəsini işlədib.
Əldə etdiyimiz məlumatda bildirilir ki, icra başçısı şəhid ailəsinin obyektinin yerləşdiyi ərazini yerli məmurlardan birinə satıb, onun traktorlarla həmin obyektə hücum çəkməsi də məhz bununla bağlıdır.
Qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.
Savash.org
Xəbəriniz olsun

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

Facebook