Vanqanın Hitlerlə müəmmalı tarixi görüşü

07 dekabr 2014
Vanqanın Hitlerlə müəmmalı tarixi görüşü"Vanqa Hitlerin adamlarını qonşu küçəyə göndərməyi təklif edir və orada yerləşən evlərdən birində doğumun baş verdiyini bildirir”.
Axar.az tarixi qaynaqlara istinadən xəbər verir ki, 1943-ci ilin yanvarında Almaniyanın 6-cı ordusu general Fridrix Paulsun rəhbərliyi altında Stalinqradda mühasirəyə düşür.
Hitler sonuncu dəfə Paulsdan mühasirəni yarmağı istəyir. Lakin general bunu rədd edir. Paulsun təslim olacağını düşünən Hitler ona general-feldmarşal rütbəsi verir və heç bir alman feldmarşalının bu günə qədər əsir düşmədiyini bildirir. Lakin sabahkı gün general-feldmarşal Pauls və 100 min alman əsgəri təslim olur.
Həmin gün bolqar çarı III Boris və qəribə bığları olan naməlum bir nəfər Vanqanı ziyarətə gedirlər. Sonralar həmin naməlum şəxsin Hitler olduğu ortaya çıxır.
Vanqa görüş əsnasında bolqar çarının tezliklə hakimiyyəti itirəcəyini deyir, lakin çar buna inanmır.O, daha sonra üzünü Hitlerə tutur və alman ordusunun Rusiyanı tərk edəcəyini bildirir. Bolqar kahin proqnozlarına Almaniyanın müharibəni uduzacağını da əlavə edir.Vanqanın bu sözlərindən sonra Hitler Vanqaya lağ etməyə başlayır: "Hər şeyi doğru görən biri belə yoxsul evdə yaşaya bilməz”.
Vanqa daha sonra Hitlerin adamlarını qonşu küçəyə göndərməyi təklif edir və orada yerləşən evlərdən birində doğumun baş verdiyini bildirir. Onun sözləri doğru çıxır və bu Hitlerin içinə qorxu salır. Bundan sonra Hitler müharibəni uduzacağı ilə bağlı Vanqanın proqnozlarına əsəbiləşir və bolqar çarı ilə oranı tərk edir.
Vanqanın bolqar çarının tezliklə hakimiyyəti itirəcəyi ilə bağlı bir neçə ay öncə dedikləri öz təsdiqini tapır və III Boris 1943-cü ildə ürək çatışmazlığından dünyasını dəyişir.
1944-cü ildə isə Hitlerin ordusu SSRİ sərhədlərini tərk edir.
Tarix Vanqanın Hitlerə dediyi sözləri sübuta yetirir və 1945-ci ildə Almaniya müharibəni uduzur.
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook