Tacir Şahmalıoğlunun batmış qardaşının meyiti tapıldı

03 avqust 2015
Tacir Şahmalıoğlunun batmış qardaşının meyiti tapıldıMüğənnu Tacir Şahmalıoğlunun qardaşı 37 yaşlı Mahir Allahverdiyevin meyiti tapılıb.

Meyit Novxanı çimərliyindəki istirahət mərkəzlərindən birinin ərazisindən tapılıb. Dalğalar mərhumun cəsədini istirahət mərkəzinin ərazisinə çıxarıb. Meyiti çimərlikdə istirahət edən insanlar aşkar ediblər.

Hal-hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının və Mahir Allahverdiyevin yaxınlarının gələcəyi gözlənilir.

Xatırladaq ki, 2 azyaşlı uşaq atası olan Mahir Allahverdiyev iyulun 31-də dostları ilə birlikdə Novxanı çimərliyinə gedib. Onun skuter sürərkən batdığı bildirilir. Həmin vaxtdan axtarışlar aparılsa da, meyiti yalnız bu gün tapılıb.

Qardaşının dənizdə batması xəbərini eşidən müğənni Tacir Şahmalıoğlu həmin gün dərhal Novxanı çimərliyinə getmişdi. Müğənninin hadisə yerinə getməsinin görüntüləri yayılmışdı. Tacir Şahmalıoğlu yaxınlarına ürək-dirək verməyə çalışır və xilasedicilərin qardaşının axtarışlarını aparmasını izləyirdi.
Xəbəriniz olsun

24.05.2018 - Elmar Məmmədyarova çağırış: “Qohumun İbrahimbəyovdan imtina et”

24.05.2018 - Paşinyan general Movses Akopyanı qovdu

24.05.2018 - Azərbaycanlıların vizasız gedə biləcəkləri ölkələr - SİYAHI

24.05.2018 - Gəncə Dövlət Universitetində məzun günü- FOTO

23.05.2018 - Evin tək oğlu əsgər getməlidir?- Rəsmi açıqlama

23.05.2018 - “Kapital” bankın bakomatlarında manat müəamması – Soyğundan sonra…

23.05.2018 - İbrahimbəyov həbs oluna bilərmi?

23.05.2018 - Mərkəzi Bank sabahdan dövriyyəyə 200 manatlıq əsginaslar buraxacaq

23.05.2018 - Avtobusda qadına qarşı nalayiq hərəkət, silah çıxartdı - Bakıda dəhşətli hadisə

23.05.2018 - “Qız qaçırma insan oğurluğu deyil” - Deputatdan şok açıqlama

23.05.2018 - “Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi

23.05.2018 - Azərbaycan Ordusu Xankəndinə girəcəkdi - Badalyan sirri açdı

23.05.2018 - "Niyə axı məni təhqir edirlər?" - Hadı Rəcəbli

Facebook