Kürdəmirdəki son həbslər Ceyhun Cəfərovu bitirəcək

08 dekabr 2014
Kürdəmirdəki son həbslər Ceyhun Cəfərovu bitirəcəkMəlum olduğu kimi, bir neçə gün bundan öncə Kürdəmir rayonunda ciddi maliyyə maxinasiyalarının reallaşmasıyla bağlı aşkarlanan şok məlumatlar həbslərə səbəb oldu. Belə ki, Baş Prokurorluğun mətbuat xidmətindən mətbuata verilən rəsmi məlumatda bildirildi ki, Kürdəmir rayon Mollakənd-Axtaçı-Öylənqulu avtomobil yolunun tikintisi zamanı qanunsuzluqlara yol verilməsi barədə Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı isə “Avtotransyol” MMC-nin sədri Əfqan Zeynalovun Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Sarif Əsgərovla əlbir olub qeyd edilən avtomobil yolunun tikintisi zamanı ümumilikdə 2 milyon 161 min manat dəyərində işləri yerinə yetirmədən həmin işlərin görülməsi barədə rəsmi sənədlərə yalan məlumatlar daxil edib. Sözügedən hər iki şəxsə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Məlumat üçün bildirək ki, ölkə mediasında Kürdəmir rayonunun sabiq icra başçısı İrşad Əliyevin də istintaqa cəlb olunması haqda informasiyalar dolaşdı. Amma sonradan sabiq icra başçısı xüsusi açıqlama ilə çıxış edərək, yayılan məlumatların həqiqəti əks etdirmədiyini bəyan etdi. Amma onun bu açıqlaması kimisə inandıra bildimi? Təbii ki yox.
Ən azından ona görə ki, yuxarıda sözügedən və hazırda həbs olunmuş şəxslərlə bağlı məlumatlar da ortada konkret həbs faktı olmasaydı birmənalı şəkildə təkzib olunacaqdı. Odur ki, indi kimin hansı açıqlamanı verməsindən asılı olmayaraq “Kürdəmir olayları” ilə bağlı istintaqa əlavə şəxlərin cəlb olunması istisna edilə bilməz. Bununla bağlı Savash.org-a danışan rayondakı mənbənin sözlərinə görə, son həbslərdən sonra kürdəmirin rəsmi dairələrində ciddi narahatlıq hökm sürür. Bu isə heç də səbəbsiz deyil və gözlənilən geniş miqyaslı təftişin olacağı haqda xəbərlərlə bağlıdır.
Savash.org-un əldə etdiyi məlumata görə, bu posta yenicə təyinat almasına baxmayaraq Kürdəmir rayon icra hakimiyyətinin hazırkı icra başçısı Ceyhun Cəfərov da ciddi əndişə içərisindədir. Bunun konkret səbəblərinə toxunmadan yalnız bir məqamı qeyd edək ki, Ceyhun Cəfərovun Kürdəmirə gəlişi heç də ürəkaçan hadisələrlə yadda qalmayıb. Azərbaycan Dövlət Bayrağının yandırılması, Ceyhun Cəfərovun adının radikal dini təmayül təmsilçilərinə qarşı loyal münasibətdə hallanması, izahı o qədər də asan olmayan müəmmalı vəzifə təyinatları və s. icra başçısının aktivinə yazılan əks arqumentlərdir. Bu arada Kürdəmir rayonundan şikayətlərin intensivləşməsi də Ceyhun Cəfərov üçün heç də xoş perspektiv vəd etmir. Məsələn, Kürdəmirə icra başçısı təyin edildikdən sonra Ceyhun Cəfərovun əsasən iş adamlarını sıxışdırmağa başlaması ciddi narazılıqların yaranmasına səbəb olub. Bundan başqa yeni başçı bütün gəlirli sahələri nəzarəti altına almağa başlayıb.
Mənbə Savash.org-a bildirir ki, rəqibləri Ceyhun Cəfərovun fəaliyyəti barəsində «yuxarılarda» mənfi rəy yarada bildiklərindən hətta onun vəzifəsindən alınması məsələsi də gündəmə gəlib. Doğrudur, bu zaman iddia oluna bilər ki, o, vəzifəsində yenidir. Amma son illərin təcrübəsi göstərir ki, yeni və ya köhnə olmasından asılı olmayaraq haqqında mənfi rəy formalaşan icra başçısları bir qayda olaraq “vurulub”.
Növbəti yazımızda aşağıdakı suallara cavab tapmağa çalışacağıq:
- Ceyhun Cəfərovun özü ilə Kürdəmirə gətirdiyi “köhnə dostlarınnın” ən yeni məcaraları…
- İcra başçısı doğurdanmı radikal dini təmayüllərlə işbirliyindədir?
- Ceyhun Cəfərovu qorxuya salan şok səbəb və o bununla bağlı nəyi etiraf edib?

Mövzuya qayıdacağıq…
Xəbəriniz olsun

21.11.2018 - Abel Məhərrəmov danışdı: "Şouya çevirmək istəyirlər..."

21.11.2018 - Abel Məhərrəmova 1 həftə vaxt verildi - Kabineti boşaltmaq üçün

21.11.2018 - Direktoru döyən aktyor danışdı – Təhsil Nazirliyini ittiham etdi

20.11.2018 - Millinin ölüm-qalım mübarizəsi – 90 dəqiqəlik savaş

20.11.2018 - Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

20.11.2018 - "Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20.11.2018 - Gəncədəki partlayışda ölənlərin sayı 3-ə çatdı: Kəmaləddin Heydərov hadisə yerinə getdi

19.11.2018 - “Veysəloğlu” şirkətinə kiflənmiş “Ozmo” ittihamı – Foto

19.11.2018 - Səudiyyəyə gedən prezident yoxa çıxıb: 1 aydır xəbər yoxdur…

19.11.2018 - Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinə basqı+VİDEO

19.11.2018 - MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı – Sirr

19.11.2018 - Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

18.11.2018 - “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

Facebook