Bulvarda intihar edən gəncin ölümüylə bağlı təfərrüatlar - SƏBƏB YENƏ KREDİTDİR

11 avqust 2015
Bulvarda intihar edən gəncin ölümüylə bağlı təfərrüatlar - SƏBƏB YENƏ KREDİTDİRAvqustun 10-u günorta saatlarında özünü Dənizkənarı Milli Park ərazisində dənizə ataraq intihar edən Ağayev Pərvin Elşən oğlunun ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Savash.org xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 25 yaşlı gənc əslən Lәnkәran rayonunun Şirinsu kәndindən imiş. Ailənin yeganə oğlu olan Pərvin Lәnkәran Dövlәt Humanitar Kollecinin “Kompüter mühәndisliyi” fakültəsini bitirib.

Maddi durumları yaxşı olmadığına görə ata vә anasını rayonda qoymağa məcbur olan gənc Bakıya işləməyə gəlib.

Bir neçə il əvvəl mərhumun danışma qüsuru olan qardaşı da vəfat edibmiş. Buna görə də ailədə işləyən tək adam məhz Pərvin olub. İntihar edən gəncin 5 müxtəlif banka kredit borcu olub. İntiharın da bu səbəbdən baş verdiyi ehtimal edilir.

Ev tikdirən subay gənc kreditə elə tikinti xərclərini qarşılamaq üçün müraciət edib.

Xatırladaq ki, Pərvin Ağayevin cəsədi Səbail rayonunun ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1500 metr sola, nəzarətsiz ərazidə (batdığı yerdə) tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Xəbəriniz olsun

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

17.10.2018 - AKP mətbuat katibi Səudiyyə Ərəbistanı konsulunun Türkiyəni tərk etməsi barədə

Facebook