Baş redaktor ölümlə hədələndi: "Ölüm səni hər an haqlaya bilər..."

12 avqust 2015
Baş redaktor ölümlə hədələndi: "Ölüm səni hər an haqlaya bilər..." Yenicag saytının baş redaktoru Aqil Ələsgər həyatının təhlükədə olduğu barədə bəyan edib.

Savash.org xəbər verir ki, jurnalist Facebook sosial şəbəkəsində həmkarlarına müraciət edərək, radikal dinçilər tərəfindən təhdid olunduğunu bildirib.

“Hörmətli media mənsubları! Mən həyatıma ciddi təhlükə yaranmasaydı, heç vaxt sizə müraciət etməzdim. Azərbaycandakı radikal dinçilərdən Əlixan Musayevlə bağlı Yenicag-da yayımlanan yazıdan sonra özünü Vəli Şükürov kimi təqdim edən şəxs gecə saat 23.14-də zəng edərək “ikinci dəfə qəzaya düşər və sağ çıxa bilməzsən, ölüm səni hər an haqlaya bilər” deyə, hədələmişdir.

Bu şəxs “get hara şikayət edirsən et” deyərək, açıq kontekstdə öldürülməklə təhdid etmişdir.

Həmin şəxsin mənimlə danışığı və zəng etdiyi nömrə başıma gələ biləcək təhlükə səbəbindən etibarlı dostlarda qorunmaqdadır və hüquq mühafizə orqanlarına təqdim etməyə hazıram.

Mən dünən gecədən etibarən bu şəxsi araşdırdım, öncə bunun sözlü təhdid olduğu qənaətindəydim ki, buna alışmışıq.

Lakin bu şəxsin Əlixan Musayev adlı radikal dinçinin çox yaxını olduğunu və ona görə istənilən addımı ata biləcəyini öyrəndim.

Özümün və ailəmin təhlükəsizliyi üçün hüquq mühafizə orqanlarına da müraciət edəcəyəm. Çünki bu gün jurnalistləri öldürmək üçün təcrübəli qanqsterlərə ehtiyac yoxdur, 20-21 yaşlı üç beş gəncin beynini yumaq kifayətdir.

Bu arada yaxın dostlarıma mesaj göndərərək, “Aqil Ələsgərə de ki, Allah onun bəlasını verəсək” yazırlar. Xahiş edirəm bu məsələdə yardım edin.
Xəbəriniz olsun

19.08.2018 - Azərbaycanda benzin bahalaşdı

18.08.2018 - Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?

18.08.2018 - Elmar Vəliyevə sui-qəsd - yeni həbslər və təfərrüat

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

17.08.2018 - “Qarabağ” “Şerif”lə nə nə vaxt meydana çıxacaq? - Avropa Liqası

17.08.2018 - Bakıda avtobusda qadına təcavüz edildi: Niyə mənə toxunursan? - VİDEO

17.08.2018 - Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

Facebook