Çarəsi olmayan xəstəliklər - SİYAHI

17 avqust 2015
Çarəsi olmayan xəstəliklər - SİYAHIElm tibb sahəsində kifayət qədər nailiyyətlər əldə edib. Məsələn, hazırda bir çox xəstəliklərin müalicəsi və izahı tapılıb. Bununla belə, hələ də, həkimləri çaşbaş salan və çarəsi tapılmayan xəstəliklər az deyil.

Tibb elminin də aciz olduğu və çarəsini tapmadığı bir sıra xəstəlikləri təqdim edir.

Letargik ensefalit (beyin iltihabı)
Bu xəstəlik XX əsrdə peyda olarkən bir çox insanları dəhşətə gətirmişdi. Əvvəlcə xəstələrdə hallüsinasiya qeydə alınır, sonda isə onlar iflic olurlar. İlk baxışdan xəstənin yuxuda olması güman edilir, lakin əslində bu insanların şüuru üzərində olur. Bir çoxları bu xəstəlikdən vəfat edirdi. Sağ qala bilənlər isə həyatının sonuna kimi Parkinson xəstəliyinə düçar olurdu. Son zamanlar bu xəstəlik özünü göstərmir. Lakin epidemiyanın yaranma səbəbləri hələ də məlum deyil.

Kəskin mielit
Mielit onurğa beyninin iltihabıdır. Bu xəstəlik uşaqlarda nevroloji problem yaradaraq iflic vəziyyətə salır. Xəstəlik əleyhinə vaksin tapıldıqdan sonra həkimlər mielitə qalib gəldiyini güman etdi. Buna baxmayaraq, xəstəlik hələ də, dünyanın müxtəlif yerlərində tüğyan etməkdəkdədir.

“Partlayan baş” sindromu
Bu xəstəliyə yoluxan insanlar beynində möhkəm səslər və partlayışlar eşidir. Bəzən isə bu insanlar işıq qığılcımlarını da görür. Həkimlər isə hələ də, bu səs və işıq effektlərinin haradan qaynaqlandığını tapa bilmir. Az tədqiq edilmiş xəstəliyin yuxu pozuntusu ilə əlaqəli olması ehtimal olunur.

Qəfil uşaq ölümü sindromu
Bu xəstəlik tamamilə sağlam uşağın qəfil ölümü ilə müşayiət olunur. Bəzən isə körpə yuxuda ikən vəfat edir. Bu sindromun yaranma səbəbləri məlum deyil.

Suya qarşı allergiya
Bu xəstəlikdən əziyyət çəkən insanların dərisi suya qarşı həssas olur. Belə ki, su ilə təmas insanlarda xəstəlik yaradır. Bununla belə, suya qarşı allergiya nadir hallarda rast gəlinir. Hazırda bu xəstəlik 50-ə yaxın adamda qeydə alınıb.

Braynerd ishalı
Bu xəstəlik ilk dəfə qeydə alındığı şəhərin şərəfinə adlandırılıb (ABŞ-ın Minnesota ştatında yerləşən Braynerd şəhəri). Xəstəliyə düçar olan şəxslər gün ərzində 10-20 dəfə ayaqyoluna qaçır. İshal insanlarda ürəkbulanma, sudorqa və yorğunluqla müşahidə olunur.

Allotriofagiya
Bu xəstəliyə düçar olan insanlar yeməli olmayan əşyaları yeməyə meylli olurlar. Belə ki, xəstələr qida əvəzinə çirk, yapışqan və insan ağlına gəlməz əşyalar yeyir. Həkimlər bu xəstəliyin yaranma səbəbini və müalicəsini tapa bilməyib.

Göy dəri sindromu və ya akantokeratodermiya
Göy dəri sindromu qoyulmuş xəstələrin dərisi həqiqətən də, göy rəngdə olur. Ötən əsrdə ABŞ-ın Kentukki ştatında yaşayan bir ailənin bütün üzvlərinin rəngi göy olub. Bu ailəyə Göy Füqeyt adı qoyulmuşdu. Maraqlısı odur ki, ailə üzvlərində göy dəri irsi xəstəliyindən başqa heç bir xəstəlik qeydə alınmayıb. Bu azmış kimi, ailə üzvlərinin əksəriyyəti 80 ildən çox yaşayıb.

Progeriya
Bu xəstəliyə tutulan uşaqlar 90 yaşlı insanlara bənzəyirlər. Progeriya insanın genetik kodunda baş verən qüsur zamanı baş verir. Progeriya xəstələrinin çoxusu 13 yaşında vəfat edir. Bununla belə, progeriya nadir rast gəlinən xəstəlikdir. Belə ki, progeriya irsi olduğu üçün yer üzündə 48 insanda qeydə alınıb.(publika.az)
Xəbəriniz olsun

23.11.2017 - MN: Azərbaycan hərbi qulluqçusunun cəsədi neytral zonadadır

22.11.2017 - Ərdoğan: Qarabağ problemini yalnız Rusiya həll edə bilər

22.11.2017 - Rəsulzadənin xanımının məzarı tapıldı

22.11.2017 - Bakıda avtobus qəzaya düşdü: Yaralılar var

22.11.2017 - Abdin Fərzəliyevin özbaşınalığı Azərbaycan dövlətinin "başında çatladı": Narazılar Putindən kömək istədi

21.11.2017 - Putin Soçidə Bəşər Əsədlə görüşdü

21.11.2017 - İran-İraq sərhədində güclü zəlzələ baş verib

20.11.2017 - Azərbaycanlı adamyeyəndən dəhşətli etiraflar: "Qızları aparırdım Xaçmaza, ət maşınından çəkirdik, yeyirdik... ...

20.11.2017 - Xırdalanda doğuş zamanı komaya düşmüş 22 yaşlı ana dünyasını dəyişib

20.11.2017 - Təhsil İdarəsinin müdiri işdən azad olundu və saxlanıldı: Müəllim onu niyə bıçaqlamışdı?

20.11.2017 - Abdin Fərzəliyev işə gəlmir? - Şikayətçilər onu yerində tapa bilmir + İLGİNC İTTİHAMLAR, Video

20.11.2017 - "Qarabağ" - "Çelsi" oyunu üçün 400 avtobus ayrıldı

20.11.2017 - Bakıda zavodda partlayış: ölən və yaralananlar var

20.11.2017 - Məleykə Əsədova Ramiz Məlikdən 200 min istədi – Məhkəmə

20.11.2017 - Lotu Quliyə qarşı sui-qəsdin təfərrüatı

20.11.2017 - İcra başçısı pambığa görə 45 dəqiqə ərzində məmurları 126 dəfə söyüb: "...dağıdacam, it uşağı"

20.11.2017 - Telman İsmayılov: “Mən qatil deyiləm”

20.11.2017 - Sarkisyan Putinin qabağında ağladı və soruşdu ki... – Qapalı Moskva görüşündə nələr BAŞ VERİB?

19.11.2017 - İcra başçısının müavini maaşını istəyən fəhləni söydü, döydü və...

Facebook