“Kredit işi” üzrə həbslər Cahangir Hacıyevin qohumlarına çatdı

25 avqust 2015
“Kredit işi” üzrə həbslər Cahangir Hacıyevin qohumlarına çatdı Beynəlxalq Bankın sabiq rəhbərinin bacanağının barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi; iş adamı İsmayıl Hidayətzadə 100 milyon manat kredit götürüb və qaytarmayıb...

Ölkənin bank sektorunda uzun illər ərzində həyata keçirilmiş maxinasiyalarla bağlı araşdırmalar və həbslər səngimir. Maliyyə cinayətləri əsasən iki bankda - Beynəlxalq Bank və “Bank Technique”də baş vermişdi.

Ölkədə yaranmış maliyyə krizisi və real dövriyyədən yayındırılan vəsaitlərlə bağlı araşdırmalar zamanı Beynəlxalq Bankdan götürülmüş 6 milyard manatdan artıq pulun geri qaytarılmadığı üzə çıxmışdı. Nəticədə Cahangir Hacıyev bankın rəhbərliyindən uzaqlaşdırıldı və həbslər başladı.

Bugünədək Beynəlxalq Bank işi ilə əlaqədar onlarla sahibkar - hansı ki, onlar Cahangir Hacıyevlə əlaqəyə girərək hər biri 100 milyonlarla manat kredit götürərək, mənimsəyiblər. Həmin şəxslərin heç birinə güzəştə gedilmədi, hətta Hacı İbrahim Nehrəmli kimi iş adamı da istintaqa cəlb edildi, bir neçə dəfə saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldı. Onun hazırda banka 500 milyon manata yaxın borcu olduğu bildirilir.
Hazırda Beynəlxalq Bank işi üzrə 10-a yaxın sahibkar həbsdədir. Bundan başqa, xeyli iş adamlarının barəsində axtarış elan edilib, həmçinin, onlarla sahibkar BCQMİ-də dindirildikdən sonra ödənişləri qısa zamanda edəcəyinə dair öhdəliklər götürüb.

İlk gündən belə görünürdü ki, proseslərin gedişində həlqə darala və Cahangir Hacıyev özü də həbs edilə bilər. Artıq proseslər buna doğru gedir.

Belə ki, Cahangir Hacıyevin bacanağı, biznesmen İsmayıl Hidayətzadə həbs edilib. Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən məlumat daxil olub.

Məlumata görə, İsmayıl Hidayətzadə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib. Biznesmen CM-nin 178.3.2-ci maddəsi ilə ittiham olunur. İ.Hidayətzadə Bakıda tütün fabriki yaratmaq üçün Beynəlxalq Bankdan 100 milyon dollar kredit götürübmüş. İstintaq bu kreditlərin təyinatı üzrə xərclənməsinə şübhə ilə yanaşır.
Qeyd edək ki, İ.Hidayətzadə DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin istintaq təcridxanasında saxlanılır.


Heç şübhəsiz ki, İ.Hidayətzadə Cahangir Hacıyevin himayəsi olmasa, bu qədər məbləği bankdan çıxara bilməzdi. Üstəlik, bu kreditlər təyinatı üzrə sərf edilməyib, birbaşa korrupsiya qurbanına çevrilib. İşin yekununda Cahangir Hacıyevin bütün bu olaylara görə cavab verməli olacağı öncədən proqnozlaşdırılan məsələ idi. Deyəsən, həmin məqam artıq yetişib.
Xəbəriniz olsun

22.07.2018 - Ölünü dirildə bilməyən “peyğəmbər” həbs edildi

22.07.2018 - 5 yaşlı uşaq ögey atası tərəfindən döyülərək öldürüldü - KÜRDƏMİRDƏ ŞOK OLAY

22.07.2018 - “Qarabağ” yeni hücumçu aldı

21.07.2018 - Mirşahinə bu dəfə "milçək" dedilər: "SƏNİ TAPDALAYARAM..."

21.07.2018 - Kasıb necə varlana bilər? - Yəhudilərdən 6 QIZIL MƏSLƏHƏT

21.07.2018 - İntihar edən abituriyentin anası özünü öldürdü – Sumqayıtda

21.07.2018 - Yunis Səfərovun yaxın dostu öldürüldü: Əməliyyatçılar tutmaq istədi, o silaha əl atdı...

21.07.2018 - Dağıstana işləməyə gedən azərbaycanlılar qəzaya düşdü: 2 ölü, 10 yaralı

20.07.2018 - Atı zorlayan şəxsin şok müdafiəsi: “Mənə göz vurdu”

20.07.2018 - Almaniyadan deportasiya edilənlər Bakıda kütləvi şəkildə həbs olundular

20.07.2018 - Bu il “BakuBus” 85 sürücünü işdən azad edib

20.07.2018 - Paşinyan Qarabağda müharibə riski haqda

20.07.2018 - Bakıda dəbdəbəli mənzili ərəblərə 3 günlüyə kirayə verdi, qayıdıb şoka düşdü - VİDEO

Facebook