Oğuz rayon İcra Başçısı vətəndaşın otuz min manatını mənimsəyib — Prezidentə şikayət məktubu

25 avqust 2015
Oğuz rayon İcra Başçısı vətəndaşın otuz min manatını mənimsəyib — Prezidentə şikayət məktubuOğuz Rayon İcra Hakimiyyəti dövlətin adından çıxarılmış məhkəmə qərarlarını saymayaraq ayaqlar altında tapdalayır.

Eləcə də Ədliyyə Nazirliyinə tabe olan Oğuz Rayon İcra Şobəsi də Oğuz Rayon İcra Hakimiyyətindən qorxaraq dövlətin adından çıxarılmış məhkəmə qərarlarını uzun müddətdir ki, icra etmir.

Biz sözlə hər iki orqan nə Azərbaycan dövlətini nə də hakimiyyətini saymırlar və qanunları istədikləri şəkildə pozurlar.

Bu sözləri Ölkə.Az saytına ünvanladığı şikayət məktubunda Oğuz rayon sakini Səfərov Yengibar qeyd edib.

Məktubda deyilir:

"Cənab Prezident! Bu ərizəmlə yazıb Sizə bildirirəm ki, artıq uzun müddətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi Oğuz Rayon İcra Şobəsi tərəfində icra edilmir. Belə ki, Ali Məhkəmənin Qərarı ilə təsdiqlənmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən 34300 (otuz dörd min üç yüz) manat məbləğində pul vəsaiti Oğuz Rayon İcra Hakimiyyətindən məcburi qaydada tutulub mənim xeyrimə ödənilməli olduğu halda nədənsə Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən icra edilmir və eləcədə Oğuz Rayon İcra Şöbəsi tərəfindən buna dair heç bir tədbir görülmür.

Uzun müddət keçməsinə baxmayaraq borclu Oğuz Rayon İcra Hakimiyyəti bu vaxta qədər dövlətimizin adından çıxarılmış qətnaməni heçə sayaraq icra etməkdən boyun qaçırır və beləcə İcra Hakimiyyətini müdafiə edən Oğuz Rayon İcra Şöbəsi qorxaraq işini məqsədli və qərəzli şəkildə icra etmir və bununla da hüquq-mənafeyimi, qanunları kobud şəkildə pozur.

Bununla əlaqədar olaraq tərəfimdən Oğuz Rayon İcra Şöbəsinə və Oğuz Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət ünvanlayıb bu qanunsuz hərəkətsizliyə son qoymasını tələb etmişəm. Eyni zamanda bu hərəkətsizliyi barədə lazımi orqanlara öz şikayətimi edəcəyimi bildirmişəm. Lakin bunun da heç bir nəticəsi olmamış Oğuz Rayon İcra Şöbəsi və Oğuz Rayon İcra Hakimiyyəti öz qərəzli mövqeyini davam etdirməkdədirlər.

Bununla da cavabdeh Oğuz Rayon İcra Hakimiyyəti və onun himayədarı olan Oğuz Rayon İcra Məmurları özbaşınalıq edərək dövlətimizin adından çıxarılmış sözügedən qətnaməni icra etməməklə öz maraqları naminə Dövləti və Məhkəmə hakimiyyətini saymırlar, hörmətsizlik göstərirlər.

Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə (Məhkəmə qərarları və onların icrası) əsasən, “Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

“Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.”

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560-cı maddəsində “Hüquqdan sui-istifadənin qadağan edilməsi” təsbit olunmuşdur. Həmin məcəllənin 561-ci maddəsində “Dövlət hakimiyyətinin inhisarı” kimi “Mülki hüquqların həyata keçirilməsinin təmin edilməsi, güc və ya məcburetmə tətbiq olunması dövlətin inhisarındadır. Bu məqsədlə dövlət mülki-prosessual qanunla və məhkəmə qərarlarının icrasına dair qanunvericiliklə tənzimlənən metodlar tətbiq edir”

Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsində “qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmək” məsuliyyətə səbəb olması barədə müddalar öz əksini tapmışdır.

Cənab Prezident, mən zəhmətkeş kəndçi adamam, min əziyyətlə işləyib ailəmi dolandırıram, bundan istifadə edən məmurlar mənim kimi sadə vətəndaşları saymırlar, yerlərdə incidirlər, məmur özbaşnalığı nəticəsində uzun müddətdir ki mənim və ailəmin haqqı tapdalanır...

Bütün bunlara əsaslanaraq xahiş edirəm, dövlətin adından çıxarılmış məhkməmə qətnaməsini icra etməməklə hüquq mənafeyimi kobud şəkildə pozan Oğuz Rayon İcra Hakimiyyətinin və onun himayədarı Oğuz Rayon İcra Şöbəsinin qanunsuz hərəkətsizliyinə hüquqi qiymət verilməsi, eləcədə bu özbaşnalığına son qoyulması üçün lazimi tədbirlər görülməsində və qətnamənin icra olunaraq pozulmuş hüquq mənafeyimin bərpa olunmasında mənə köməklik göstərəsiniz."

Hörmətlə,

Vətəndaş Səfərov Yengibar Cəmaləddin oğlu
Xəbəriniz olsun

23.07.2019 - “İŞ OTAĞINDA ÖLÜ TAPILAN RƏİSİ TƏHDİD EDİBLƏR…” – ““Mənimsənilən 80 min manatı ona “yükləyiblər””

23.07.2019 - Bakıda gənc qız oğlana görə həmcinsi ilə dalaşıb - Özünü binadan atmaq istədi (TƏFƏRRÜAT-VİDEO)

23.07.2019 - Səfər Mehdiyevə "ittiham yağışı": "Baldızın oğlu büdcəni dağıdır, görmürsən?"

23.07.2019 - Prezident Murad Köhnəqalaya ev verdi

23.07.2019 - “Atama silah verdim ki, əsir düşsə, özünü öldürsün” - Aqil Abbas

23.07.2019 - Milyonluq tenderləri kimlər qazanır? – “Qohumlarıdır...”

23.07.2019 - Azərbaycanlı sürücü Kiyevdə yol polisini döyüb xəstəxanalıq etdi

23.07.2019 - Prezident Əzrayılla görüşübmü? - Müəmma davam edir...

23.07.2019 - Nənə-babanın xəstəxanaya atıb qaçdığı uşaqların atası tapıldı: "ÖZÜM BAXACAM..."

23.07.2019 - Bakının bu çimərliyində nəhəng ilan insanları qorxuya saldı - VİDEO

23.07.2019 - Ərəblər hamının gözü qarşısında təbii ehtiyaclarını ödəyir - İSMAYILLIDAN ŞOK FOTO

23.07.2019 - Elmar Vəliyevi güllələyən şəxslə bağlı yeni qərar

22.07.2019 - SSRİ-ni bərpa etmək istəyən sekta silaha əl atdı, Rusiyada həbslər başladı...

Facebook