"Qarabağ" ikinci dəfə Avropa Liqasının qrup mərhələsində

27 avqust 2015
"Qarabağ" ikinci dəfə Avropa Liqasının qrup mərhələsindəUEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” öz meydanında İsveçrənin “Yanq Boyz” klubunu qəbul edib.

Səfərdə qazanılan minimal hesablı qələbənin verdiyi üstünlüklə meydana çıxan ağdamlılar rəqibini mübarizədən kənarlaşdıraraq ötən il qazandığı uğuru yenidən təkrarlayıb.

Matça fəal başlayan Qurban Qurbanovun yetirmələri artıq 4-cü dəqiqədə hesabı açıb. Braziliyalı Riçard Almeyda həmyerlisi Reynaldoya qarşı kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirib.

İlk hissədə aşkar üstünlüyə malik olan ağdamlılar bir də hissənin sonlarında fərqlənib. İlk qolun səbəkarı Reynaldo bu dəfə özü fərqlənib. Bu qol 43-cü dəqiqəyə təsadüf edib.

Təmsilçimiz oyunun ikinci hissəsində də üstün oyununu davam etdirib. 61-ci dəqiqədə Əfran İsmayılov hesab arasındakı fərqi 3 topa çatdıraraq darmadağının əsasını qoyub.

Qalan dəqiqələrdə başqa qol olmayıb və böyükhesablı qələbə qazanan "Qarabağ" ikinci dəfə, həm də ardıcıl olaraq UEFA Avropa Liqasının qrup mərhələsində oynamağa haqq qazanıb. Bu həm də Azərbaycan futbolu tarixində bir ilkdi.

UEFA Avropa Liqası

Pley-off, cavab oyunları

27 avqust

“Qarabağ” (Azərbaycan) – “Yanq Boyz” (İsveçrə) - 3:0

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Baş hakim: Gediminas Majeyka (Litva)

​İlk oyun – 1:0

QOLLAR: Almeyda, 4 (pen); Reynaldo, 43; Əfran İsmayılov, 62

Qırmızı vərəqə: Stiv von Bergen, 3
Xəbəriniz olsun

18.12.2018 - Millət vəkili çayın məcrasını dəyişdirib 50 evi su altında qoymaq istəyir – PREZİDENTƏ ŞOK ŞİKAYƏT

18.12.2018 - “AZƏRBAYCANIN NİYYƏTİNİ BAŞA DÜŞƏ BİLMİRƏM…” – General Stepanyan

18.12.2018 - “Nar” mətbuat nümayəndələrini bir araya topladı

16.12.2018 - Mübariz haqda status yazan psixoloqdan açıqlama – “Tanış bir erməni xanım var…”

16.12.2018 - Bakıda ailə dramı: Əmisi arvadı ilə 10 il eşq macərası yaşadı, qatilə çevrildi

16.12.2018 - Salome Zurabişvili and içdi, mühüm mesajlar verdi: "Əsas hədəfimizə heç nə mane ola bilməz”

16.12.2018 - Lukaşenko: “Paşinyana dedim ki, bəs niyə dilini bir yerinə gizlətmişdin?”

16.12.2018 - Deputatla bağlı şok sənədlər yayıldı – Rafael Cəbrayılovun borcu əl yazısı ilə təsdiq olundu – FOTO

15.12.2018 - Deputat sərxoş olub restoranda dava saldı, mühafizə işə qarışıb

14.12.2018 - SOCAR-ın vitse-prezidenti beynəlxalq mükafata layiq görülüb - FOTO

14.12.2018 - Maksim Medvedev: "Bu təxribata görə kimsə cavabdeh olacaq və cəzasını çəkəcək"

13.12.2018 - Nazir Eldar Əzizovun qardaşına yüksək vəzifə verdi

13.12.2018 - Ermənistan rəsmisi Bakıya gəlir

Facebook