Masallıda müəllim üsyanı: "Niyə pul verməliyik ki..."

28 avqust 2015
Masallıda müəllim üsyanı: "Niyə pul verməliyik ki...""Yayda bizdən iki dəfə 50 manatdan pul yığılıb. Bir dəfə pulu Bakıdan gələn komissiya üçün yığdılar. Sonra yenə də direktorları çağırıb dedilər ki, 50 manatdan pul yığın. Hətta bəzi müəllimlərdən dərs saatına görə 100 manat aldılar. Təhsil şöbəsinin müdiri Astan İbişov deyir ki, pulu Təhsil Nazirliyinə göndərir. İndi yeni dərs ili gəlir deyə bizə dərs saatlarını satırlar. Şöbə müdiri direktorlara yenə də müəllimlərdən 50 manatdan yığmağı tapşırıb".

Bunu Arqument.Az-a Masallı rayonundan bir qrup müəllim deyib.

Onlar bildiriblər ki, təhsil şöbəsinin müdiri Astan İbişovun bu tapşırığı ilə bağlı Təhsil Nazirliyinə və Prezident Adminstrasiyasına şikayət edəcəklər. Müəllimlər bildiriblər ki, Təhsil Nazirliyinə sorğu göndərməyi planlaşdırırlar. Onlar bu pulların doğrudan da, Təhsil Nazirliyidən istənildiyini və kimin istədiyini dəqiqləşdirməyə çalışırlar: "Biz bilmək istəyirik ki, bu pulu kim yığır. Niyə biz pul veməliyik? Bizə dərs saatlarını satırlar. Deyirlər, kim pul verməsə, ona dərs saatı az veriləcək. Astan İbişov da deyir ki, gedib kimə və hara şikayət edirsinizsə, edin".

Qeyd edək ki, bir müddət öncə Masallı rayonunda müəllimlərdən 50 manatdan pul yığıldığı barədə məlumat vermişdik.

Müəllimlərin Arqument.Az-a verdiyi məlumatda bildirilirdi ki, Təhsil Nazirliyi rayona komissiya göndərib və həmin komissiya rayonun bir neçə məktəbində yoxlama aparıb.

Bundan sonra isə rayon təhsil şöbəsinin müdiri Astan İbişov direktorları çağıraraq tapşırıb verib.

Onun hər məktəbdən komissiyanı yola salmaq üçün 1600 manat pul tələb etdiyi iddia olunurdu.

Müəllimlər bildirmişdilər ki, pulu şagirdlərin sayına görə alırlar. Məbləğ isə 1600-1800 manat civarındadır. Həmin ərəfədə nə Təhsil Nazirliyi, nə də təhsil şöbəsi sorğumuza cavab verdi.

Məsələ ilə bağlı Masallı rayon Təhsil Şöbəsi heç bir açıqlama vermədi.

Mövzunu diqqətdə saxlayacağıq.
Xəbəriniz olsun

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

19.09.2018 - İki Koreya arasında tarixi razılaşma

19.09.2018 - Ölkədə növbəti güclü böhran dalğası gözlənilir - İqtisadçı ekspertdən təhlükəli xəbərdarlıq

18.09.2018 - İlham Əliyev: "Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir"

18.09.2018 - Putin Ermənistanda Köçəryan və Sarkisyanla görüşəcək

18.09.2018 - “Nikoil Bank”ın axtarışda olan sabiq sədri Moskvada saxlanılıb

18.09.2018 - Azərbaycanda direktorla müəllimlər saçyolduya çıxdılar – Video

18.09.2018 - İranda Xəzər dənizinin adını dəyişirlər

18.09.2018 - Qardaşlarının yanında kişi ilə yatdı, videoya çəkdi, sonra... - Ağcabədidə AĞLASIĞMAZ DƏHŞƏT

18.09.2018 - Ata və oğul birləşib idmançını öldürdü – Sumqayıtdakı qətlin təfərrüatı

18.09.2018 - Baş redaktor tanımadığı şəxs tərəfindən təhdid olunur-FOTO

Facebook