Salyanın icra başçısını oğluna görə danladılar - MANDAT DAVASI

31 avqust 2015
Salyanın icra başçısını oğluna görə danladılar - MANDAT DAVASIBu günlərdə müxtəlif Kütləvi İnformasiya Vasitələrində Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimovla bağlı ilginc iddia yayılıb. Həmin iddialara görə, icra başçısı Tahir Kərimov oğlu Ümid Abuzərlini (Tahir Kərimovun atasının adı Abuzərdir və icra başçısının oğlu soyad kimi babasının adını götürüb - Savash.org) parlament seçkilərinə qatılmağa həvəsləndirib. Onun artıq bu məqsədlə hazırlıqlara başladığı da yayılmış informasiyalar arasındadır.
Amma mövzuyla bağlı özəl mənbələrdən Savash.org-a daxil olan məlumatlarda bildirilir ki, Salyanın icra başçısı oğlunun deputatlıq hazırlıqlarını elə başlamamış yekunlaşdırıb. Belə ki, oğlunu parlamentdə görmək icra başçısının özfəaliyyəti imiş və onun bu davranışı "yuxarı"larda qəzəblə qarşılanıb. Mənbənin sözlərinə görə, Tahir Kərimov buna görə hakimiyyətdəki havadarları tərəfindən danlanıb və ondan oğlunun təbliğatına son qoymaq tələb olunub.

Məlumat üçün bildirək ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərli Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ofisinin Koordinatorudur.
Xəbəriniz olsun

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

24.06.2019 - Çimərlikdə atanı uşağının gözü qarşısında daşla döydülər

Facebook