Keçmiş deputat metal oliqarxının qulağını kəsməyə çağırdı, araşdırma başladıldı

02 sentyabr 2015
Keçmiş deputat metal oliqarxının qulağını kəsməyə çağırdı, araşdırma başladıldıBaş Prokurorluq keçmiş deputat Nazim Məmmədov tərəfindən metal oliqarxı, “Baku Steel Company” şirkətinin sahibi Rasim Məmmədovun qulağını kəsməyə dair sosial şəbəkələrdə etdiyi çağırışa dair araşdırma aparılması üçün tapşırıq verib.

Bu barədə Baş Prokurorluqdan virtualaz.org saytına daxil olmuş rəsmi məlumatda deyilir.

“Kütləvi informasiya vasitələrində dərc olunmuş məqalələrdə sabiq deputat Nazim Məmmədovun “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovu inhisarçılıqda ittiham edərək sosial şəbəkələrdə özünə aid olması ehtimal edilən səhifədə sonuncuya xəsarətlər yetirilməsi ilə bağlı çağırışlar etməsi xüsusatları üzrə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmaların aparılması üçün Baş Prokurorluğun rəhbərliyi tərəfindən Bakı Şəhər Prokurorluğuna tapşırıqlar verilib”- deyə məlumatda bildirilir.

Xatırladaq ki, Nazim Məmmədov bu günlərdə özünün facebook səhifəsində Rasim Məmmədovun və onun “qoçu dəstəsinin” qulağının kəsiləcəyini gözlədiyini yayıb, onu inhisarçılıqda ittiham edib.

Nazim Məmmədov bundan əvvəl metal biznesi ilə məşğul olub, ona məxsus “Ataxan Dəmir Sənaye” MMC 2012-ci ildə fəaliyyətini dayandırıb. Keçmiş deputat müəssisənin fəaliyyətini dayandırmasına görə Rasim Məmmədovu ittiham edir. Bildirir ki, onun sexinə reyder hücumu olub.

Rasim Məmmədov isə virtualaz.org və haqqin.az saytlarına verdiyi müsahibədə keçmiş deputatın sexində kustar üsulla və heç bir standarta cavab verməyən məhsulun istehsal edildiyini demişdi.
Xəbəriniz olsun

22.10.2018 - "Bank of Baku" qırmızı zolaqda: son 9 ayın nəticələrindən çıxan nəticə...

22.10.2018 - Qardaşların dövləti cinayəti və AQTA-nın şantajı Təhməzlini bitirir

22.10.2018 - Əflatun Amaşov:”Həmişə seçicilərimin yanındayam”

22.10.2018 - Qubada əmisi oğlunun arvadını qaçıran kişi döyülərək öldürülüb

22.10.2018 - Benzin ucuzlaşacaqmı? - Ekspertdən 5 suala cavab

22.10.2018 - Bakıda Mikayıl Müşfiqin qalıqları aşkarlandı - Sensasion fakt

22.10.2018 - Ziya Məmmədovun 35 minə aldığı taksilər “su qiyməti”nə satılır - QİYMƏT

20.10.2018 - Füzuli rayonunda 9 ayın yekunları müzakirə olunub-FOTO

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

Facebook