“Niyə bu işlər ancaq hakimiyyəti tənqid edən jurnalistlərin başına gəlir?!”

08 dekabr 2014
“Niyə bu işlər ancaq hakimiyyəti tənqid edən jurnalistlərin başına gəlir?!” “Xədicə İsmayılovanın həbsi həm vətəndaş cəmiyyətinə, həm də mediaya ciddi zərbədir”. Bunu “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev deyib.

“Azadlıq” radiosunun məlumatına görə, Mehman Əliyev jurnalistin həbsini peşə fəaliyyəti ilə əlaqələndirib: “Bəyanatlar yayılır ki, jurnalistlər öz peşələrinə görə həbs edilmirlər. Bəs nəyə görə bu işlər ancaq hakimiyyəti tənqid edən jurnalistlərin başına gəlir?! Bütün bunlar onu göstərir ki, bu bir siyasətdir və bu siyasətin əsas məqsədi Azərbaycanda azad sözü, azad fikri boğmaqdır”.

Mehman Əliyev hesab edir ki, 2015-ci ilin yazınadək bütün siyasi məhbuslar azad ediləcək: “Çünki burada bir neçə məsələ var. Ümumilikdə sosial-iqtisadi durum yaxşı deyil. Hər şey neft iqtisadiyyatı üzərində durduğundan ildən-ilə itiririk. Azərbaycan hakimiyyəti üçün qeyri-neft sektorunun işə salınması çox vacibdir. Bunun üçün gərək azad iqtisadiyyat olsun, azad iqtisadiyyat üçün azad məhkəmələr, digər qarantiyalar olmalıdır.

İkinci məsələ - Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklər var və bunu kənara ata bilməz. Üçüncüsü də, hadisələr var: olimpiya oyunları, seçkilər... 2015-cü ildə Azərbaycan Avropa Şurasına hesabat verməlidir. Ona görə hesab edirəm ki, elə gələn ilin yanvar ayından müsbət addımlar atılacaq və getdikcə artacaq. Hesab edirəm ki, vətəndaş cəmiyyətində dialoq başlanacaq, Xədicə İsmayılova və digərlərinin məsələsi də müsbət həll olunacaq”.

Dekabrın 5-də Səbail Rayon Məhkəməsi “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Qərar Bakı Şəhər Prokurorluğunun təqdimatı əsasında qəbul edilib.

Təqdimat jurnalist Tural Mustafayevin intihara cəhdinin istintaqı ilə əlaqədardır. Tural Mustafayev oktyabrın 20-si Bakıda “Sink oksid” dərmanı qəbul edərək özünü öldürməyə cəhd edib. İstintaq iddia edir ki, Tural Mustafayevi Xədicə İsmayılova özünü öldürmə həddinə çatdırıb
Xəbəriniz olsun

12.12.2017 - BALACA CAHANDARA DƏSTƏK OLAQ!

12.12.2017 - Azərbaycanda ərzaq məhsullarının qiymətləri 17,1% bahalaşıb

12.12.2017 - Fazil Məmmədov vəzifəsini itirməklə can qurtarmayacaq: mülkünə əl qoyuldu

12.12.2017 - Qanlı olayın təfərrüatı: Gəlinini qonşu kişi ilə hamamda tutdu...

12.12.2017 - İcra başçısı müəllimlərə zorla pambıq əkdirir - Neftçalada etiraz

12.12.2017 - Qurban Qurbanov təsdiqlədi - Rəşad Sadıqov U-21-də!

12.12.2017 - Qayınata ərinə xəyanət edən gəlinini başından güllələdi – Bakıda

12.12.2017 - Putin və Ərdoğan Trampın qərarını qınadılar

12.12.2017 - Bakıda zirzəmidən yanmış kişi meyiti tapıldı

12.12.2017 - Nyu-Yorku ayağa qaldıran terrorçu: "Bu Qüdsə görədir..."

12.12.2017 - Ulduzlar dekabrın 11-nə nə vəd edir - FAL

12.12.2017 - “Nar” BakuTel stendində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı

11.12.2017 - İlqar Məmmədov prezidentin köməkçisini söhbətə çağırdı: "Razıdırsa, gəlsin danışaq..."

11.12.2017 - Putin Ərdoğanla danışıqlar üçün Ankaraya gedib

11.12.2017 - Saakaşvili məhkəmə zalından azadlığa buraxıldı

07.12.2017 - Salyandakı tükürpədici qətliamın TƏFƏRRÜATI: manyak-qatil dörd qızını və arvadını necə öldürüb?

07.12.2017 - Ziya Məmmədovun mühafizəçiləri öldürülüb - İzlər kimə aparır?

07.12.2017 - “Qarabağ”ın futbolçusu Çempionlar Liqasının ən yaxşısı seçildi

07.12.2017 - Tramp Yaxın Şərq “bombasının fitilini çəkdi” – fəlakət ssenarisinə start!

Facebook