Ağalar Vəliyev "Azəryolservis"ə sədr gətirilir?

04 sentyabr 2015
Bu ilin fevral ayında prezident İlham Əliyevin sərəncamı ilə “Azəryolservis” ASC-nin sədri vəzifəsindən azad edilən Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbər təyin olundu.

Bundan sonra isə nəqliyyat naziri Ziya Məmmədov 10 fevral 2015-ci il tarixdə Saleh Ərşad oğlu Məmmədovun "Azəryolservis" ASC-nin sədri vəzifəsinə müvəqqəti təyinatı haqqında əmr imzaladı.

Göründüyü kimi, “Azəryolservis”də rəhbərlik hələ ki, müvəqqəti xarakter daşıyır. Yalnız Prezidentin xüsusi sərəncamından sonra bu dövlət qurumuna sədr təyin olunacaq.

Yolların təmir-tikinti işləri ilə məşğul olan dövlət qurumuna kimin rəhbərlik edəcəyi sual altında olsa da, məsələ ilə bağlı modern.az saytına yeni məlumat daxil olub.

Məlumata görə, “Azəraqrartikinti” ASC-nin sədri, deputat Ağalar Vəliyev bu vəzifəyə gətiriləcək. Hətta Ağalar Vəliyev yaxın ətrafına bildirib ki, o, bu vəzifəyə təyin olunmasına razılıq verəcək. Ancaq nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi altında işləmək niyyətində deyil.

Mənbə bildirir ki, Ağalar Vəliyev Ziya Məmmədovun tabeliyi altında “Azəryolservis”ə getmək istəmir. Ona bildirilib ki, “Azəryolservis”ə rəhbər təyin olunanda nəqliyyat naziri Ziya Məmmədov olmayacaq.

İddia olunur ki, məhz buna görə də, Saleh Məmmədovun “Azəryolservis”ə sədr təyinatı gerçəkləşmir.
Xəbəriniz olsun

22.10.2018 - "Bank of Baku" qırmızı zolaqda: son 9 ayın nəticələrindən çıxan nəticə...

22.10.2018 - Qardaşların dövləti cinayəti və AQTA-nın şantajı Təhməzlini bitirir

22.10.2018 - Əflatun Amaşov:”Həmişə seçicilərimin yanındayam”

22.10.2018 - Qubada əmisi oğlunun arvadını qaçıran kişi döyülərək öldürülüb

22.10.2018 - Benzin ucuzlaşacaqmı? - Ekspertdən 5 suala cavab

22.10.2018 - Bakıda Mikayıl Müşfiqin qalıqları aşkarlandı - Sensasion fakt

22.10.2018 - Ziya Məmmədovun 35 minə aldığı taksilər “su qiyməti”nə satılır - QİYMƏT

20.10.2018 - Füzuli rayonunda 9 ayın yekunları müzakirə olunub-FOTO

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

Facebook