Azərbaycanın müharibə məşqi Ermənistana şok yaşatdı: Cəbhəboyu kəndlər boşalır

07 sentyabr 2015
Azərbaycanın müharibə məşqi Ermənistana şok yaşatdı: Cəbhəboyu kəndlər boşalırMüdafiə Nazirliyinin bu gün - sentyabrın 6-da yaydığı rəsmi məlumatda deyildiyi kimi, Azərbaycan ordusu bir həftə davam edəcək irimiqyaslı hərbi manevrlərə başlayıb.

Bu, Ermənistanda keçirilən komanda-qərargah təlimlərinin başa çatmasından dərhal sonraya və bütün təmas xətti boyu mövqe döyüşlərinin şiddətləndiyi bir vaxtda baş verir.

Lakin Azərbaycan ordusunun başlatdığı manevrlər həm öz parametrlərinə, həm ssenarisinə görə Ermənistanda keçirilən təlimlərlə heç cür müqayisəyə gəlmir.

Azərbaycan ordusunun başlatdığı təlimlərin nə dərəcədə genişmiqyaslı olduğunu Müdafiə Nazirliyinin açıqladığı rəqəmlər də əks etdirir. Belə ki, təlimlərə 65 minlik şəxsi heyət, o cümlədən ehtiyadan çağırılmış 6 minədək hərbçi, 700-ə yaxın zirehli texnika, 500-dən çox raket və artilleriya qurğuları, 100-ə yaxın təyyarə və vertolyot, xüsusi təyinatlı bölmələr, hava hücumundan müdafiə qüvvələri, o cümlədən zenit-raket birləşmələri çıxarılıb.

Təlimlərin ssenarisinə düşmənin mühasirəyə alınması, müdafiə, əks-hücum və hücum əməliyyatları, şərti hədəflərə intensiv hava zərbələri, uzaqmənzilli raketlərdən hədəflərə dəqiq zərbələr daxil edilib. Manevrlər sentyabrın 13-nə qədər davam edəcək.

Azərbaycan ordusunun poliqonlara çıxarılmış şəxsi heyəti Ermənistan ordusunun və Dağlıq Qarabağdakı işğalçı qüvvələrin şəxsi heyətinin sayına təxminən bərabərdir. O cümlədən təlimlərə çıxarılmış döyüş texnikasının miqdarına nəzər salanda Azərbaycanın az qala bütün ordu ilə Ermənistanda keçirilən təlimlərə cavab verdiyini göstərir.

Müdafiə Nazirliyi təlimlərin Ali Baş Komandan İlham Əliyevin əvvəlcədən təsdiqlədiyi plan əsasında keçirildiyini bildirsə də təxmin etmək çətin deyil ki, bu cür irimiqyaslı manevrlərin vaxtı təsadüfən seçilməyib.

Azərbaycan silahlı qüvvələri son il yarımda - yeni müdafiə nazirinin təyin olunmasından sonra intensiv olaraq müxtəlif qoşun növlərinin irimiqyaslı döyüş təlimlərini keçirir. Elə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz qartalı-2015” təlimləri təzəcə yekunlaşıb.

İndiki miqyasda hərbi manevrlərə isə demək olar ki, rast gəlinməmişdi. Bu baxımdan Azərbaycan ordusunun başlatdığı təlimlər Ermənistan üçün təmas xəttində vəziyyətin gərgin olduğu indiki vaxtda ciddi siqnal olmalıdır.

Ermənistanda prezident Serj Sərkisyanın rəhbərliyi altında keçirilən komanda-qərargah təlimləri sentyabrın 5-də yekunlaşıb və məhz ertəsi gün Azərbaycan prezidenti ordunu poliqonlara yeridib. Lakin digər maraqlı detallar da var.

Xəbər verildiyi kimi, Ermənistanda keçirilən təlimlərdə Azərbaycanla sərhəd rayonlardan əhalinin kütləvi evakuasiyası, İrəvandan mühüm obyektlərin əməkdaşlarının köçürlməsi, habelə şərti “xarici dövlətdən” Ermənistana kütləvi qaçqın axını ilə bağlı İrəvanda çadır düşərgəsinin qurulması kimi elementlər sınaqdan keçirilmişdi.

Deməli, mümkün irimiqyaslı müharibə Ermənistanda zamanı başlarına nə gələcəyini aydın təsəvvür edirlər. Çünki Azərbaycan ordusunun sərəncamında olan vasitələr müharibənin ilk saatlarındaca həm Qarabağda düşmən nəzarətində olan ərazilərin dərinliklərinə, (o cümlədən Xankəndinə), həm Ermənistanın sərhəd rayonlarına və hətta İrəvana (Naxçıvan ərazisindən) güclü zərbələr endirməyə imkan verir.

Başqa sözlə, Azərbaycan ordusu hətta düşmənin müdafiə xəttini yarıb keçmədən də Qarabağ və Ermənistan ərazisindəki istənilən hədəfə dağıdıcı zərbələr endirə bilər. Və Azərbaycan ordusunun bu gün başlayan manevrləri bu imkanı bir daha nümayiş etdirəcək.

Digər tərəfdən, Ermənistan silahlanmada olduğu kimi hərbi təlimlərin keçirilməsində də Azərbaycanla ayaqlaşmaq imkanında deyil. Ermənistan sonuncu dəfə irimiqyaslı hərbi təlimləri ötən ilin noyabrında keçirib. Həmin təlimlər Ermənistan ordusunun vertolyotunun Ağdam istiqamətində vurulması ilə yadda qalmışdı.

Döyüş təlimlərinin keçirilməsi şübhəsiz ki, sanballı vəsait tələb edən işdir. Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Müdafiə Nazirliyinin büdcəsi ilə müqayisədə qəpik-quruş sayıla biləcək büdcəsi isə tez-tez belə təlimləri keçirməyə imkan vermir. Əvəzində Ermənistanda 102-ci Rusiya hərbi bazasının son vaxtlar intensivliyi artan təlimləri ilə sığortalanmağa çalışırlar...

Fərhad Məmmədov
Xəbəriniz olsun

19.06.2018 - Qida Təhlükəsizliyi Agentliyində baytarlıq qaydaları: “Ət azı 2 dəfə bahalaşacaq…”

19.06.2018 - Neft dünyasında İsgəndər Şirəli hökmranlığı: Komleks Qazma İşləri Trestində nə baş verir?

19.06.2018 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi: Səfər Mehdiyev kimdir?

16.06.2018 - Zakir Həsənov müharibə anonsu verdi: "Hazır olmalıyıq..."

16.06.2018 - Türk polisi İstanbulda Gülənin qardaşı qızını həbs etdi

16.06.2018 - Mübariz Mənsimov da separatçılıq virusuna yoluxdu: UĞURSUZLUĞUNU ETNİK KİMLİYİNƏ BAĞLAMAQ CƏHDİ

16.06.2018 - Polislər bu olaya xeyli güldü: Narkoman polisə şikayət etdi ki, "mənə saxta "mal" satıblar"

16.06.2018 - Prezident xanımlarının həyat yoldaşları ilə bağlı ETİRAFLARI

16.06.2018 - Ramil Usubov yeni rəis təyin etdi

16.06.2018 - “Lotu Quli” “Avropa obşakı”nı ələ keçirmək istəyir - Dubayda böyük toplantı

16.06.2018 - İCRA BAŞÇISI RADARLARDAN BELƏ “GİZLƏNİR” – Nömrə “Niva”nındır, özü BMV-də gəzir… (FOTO)

16.06.2018 - İŞİD-in öldürmək istədiyi Ronaldunu Rusiyada ciddi qoruyurlar

15.06.2018 - “Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”

Facebook