Zakir Həsənov: “Ermənistan təyyarələri havaya qalxan kimi əmr verdim...”

10 sentyabr 2015
Zakir Həsənov: “Ermənistan təyyarələri havaya qalxan kimi əmr verdim...”Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı hərbi təlimləri zamanı Ermənistan tərəfi təxribata əl atıb. Ermənistan hərbi təyyarələrini havaya qaldırıb və sərhədlərimizə doğru istiqamətləndirib.

Lakin Azərbaycanın hava hücumundan müdafiə qüvvələri bu faktı dərhal qeydə alıb. Hərbi hava qüvvələrimiz Ermənistan təyyarələrini öz mövqelərinə geri qayıtmağa məcbur edib.

Bunu ANS-ə açıqlamasında müdafiə naziri Zakir Həsənov deyib.

Nazirin sözlərinə görə, hava hücumundan müdafiə qoşunları daim döyüş vəziyyətindədir: “Biz də öz təyyarələrimizi havaya qaldırdıq və onları öz sərhədlərinə 30 km qalmamış geri göndərdilər. Göstəriş vermişdim. Əgər onlar bizim sərhədləri bir santimetr keçsəydilər, məhv ediləcəkdilər. Biz tam hazırlıqlı vəziyyətdə idik”.

Təlimlərin növbəti mərhələsində atışlar icra ediləcək. Artıq həyəcan siqnalı ilə qaldırılan hərbi hissələrin zirehli döyüş texnikaları, o cümlədən tanklar təlim bölgələrinə çatdırılıb.

Azərbaycan tarixində ən genişmiqyaslı təlimlərə bütün qoşun növləri, o cümlədən 65 min nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu. Eyni zamanda Hərbi Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və zenit-raket birləşmələri cəlb edilib. Məqsəd silahlı qüvvələrin müharibə hazırlığını yoxlamaqdır. Ehtiyatda olan 8 min hərbçi də təlimlərə çağırılıb.
Xəbəriniz olsun

14.08.2018 - İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı...

14.08.2018 - Hakimiyyətin media kapitanları arasında savaş başladı: APA agentliyi niyə bağlandı?!

14.08.2018 - Ərdoğandan ABŞ-a BOYKOT HƏMLƏSİ: "Onların “Ayfon”u varsa, bizim də..."

13.08.2018 - "“Qarabağ”ın ilk dəqiqələrdən yüksək templə çıxış edəcəyini gözləyirik” - BATE-nin Baş məşqçisi

13.08.2018 - “Nar” müştəri loyallığı indeksinə görə liderdir

13.08.2018 - Türkiyənin ABŞ-a 2,8 trilyon dollarlıq cavabı

13.08.2018 - Müğənni Manaf Ağayevin intihar fikrindən daşındırdığı əlilə 4 otaqlı ev verildi

13.08.2018 - Bakıda intiharın qarşısı alındı

13.08.2018 - Fədayə Laçın məhkəmədə DANIŞDI: "Qoca ilə qatarda gizlin..."

13.08.2018 - İlqar Məmmədov azadlıqda: Şəki Apellyasiya məhkəməsi REAL sədri haqda qərar verdi

11.08.2018 - İran Türkiyənin müdafiəsinə qalxdı

11.08.2018 - SOCAR-da yüksək vəzifədə çalışan şəxsin oğlu intihar etdi – Evinin qarajında… – Foto

11.08.2018 - "Azərişıq" ASC şişirdilmiş borc qəbzləriylə bağlı açıqlama yaydı: "Günah kondinsionerlərdədir..."

Facebook