Əbülfəz Qurbanlının AXCP-dən getməsinin sirri açılır

11 sentyabr 2015
Əbülfəz Qurbanlının AXCP-dən getməsinin sirri açılırAXCP-nin daha bir fəal gənci, Ali Məclisin üzvü Ruslan Nəsirli Əli Kərimlinin sədrliyindən imtina edərək, Razi Nurullayevin rəhbərlik etdiyi Etimad Qurultayı Təşkilat Komitəsinə qoşulduğunu bəyan edib.

Musavat.com-a daxil olan məlumata görə, R. Nəsirlinin təqdim etdiyi bəyanatında deyilir: “Mən 2013-cü ildən AXCP Gənclər Komitəsinin üzvü olmuşam. Prezident seçkilərindən sonra AXCP Gənclər Komitəsinin ümumrespublika konfransında Ali Məclisə üzv seçilmişəm. Daha sonra fəaliyyətimizi mənim də təhsil aldığım Azərbaycan Texniki Universitetində davam etdirərək, çox keçmədən Bakı Dövlət Universitetinin gənclər təşkilatı ilə birləşdik. Hazırda 60-a yaxın üzvümüz var ki, onların da sədr əvəzi mənəm. 2014-cü ilin yanvarından başlayaraq mən partiyadaxili fəaliyyətimi daha da aktivləşdirərək Rəyasət Heyətinə bir çox layihələr təqdim etdim. Lakin layihələrə çox soyuq yanaşıldı, rəhbərlikdən heç bir reaksiya gəlmədi. Ruhdan düşməyərək fəaliyyətimi davam etdirdim, internet üzərində, real təşkilatçılıq sahəsində fəaliyyətimi genişləndirdim. Bunun qarşılığında isə rəhbərlikdən yalnız qısqanclıq gördüm”.

Ruslan Nəsirli bəyanatında maraqlı bir məqama da toxunub: “Bir məsələni də diqqətinizə çatdırımaq istəyirəm. Kimsə partiyanın Ali Məclisinin sədri Həsən Kərimovu gecə saatlarında sosial şəbəkələrdə aktiv görə bilməz. Lakin bir gecə biz qərargahda qalmağa qərar verdik, gecə 3-4 radələrində qərargah partladıldı, bundan bir neçə dəqiqə sonra isə Həsən bəy “facebook”da “online” göründü. Mən dərhal ona bu barədə məlumat verdim. Əvvəllər buna təsadüf kimi baxırdım, lakin sonralar Həsən bəyin partiya daxilində gənclərə münasibətini görəndən sonra hər şey mənə aydın oldu”.

Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı barədə də fikirlərini bölüşən gənc fəal, onun hakimiyyət qarşısında öhdəlik götürdüyünü vurğulayıb: “Fuad Qəhrəmanlı hakimiyyət daxilindəki Naxçıvan klanına birbaşa bağlıdır. Onun hakimiyyət qarşısında böyük öhdəlikləri var. Partiya rəhbərliyini ələ keçirmək istəsə də, Əbülfəz Qurbanlı buna mane oldu. Sonralar onlar Əbülfəz Qurbanlını da neytrallaşdırdılar, psixoloji təzyiq göstərdilər”.

Əbülfəz Qurbanlı ilə birgə fəaliyyətinin də məhz partiya daxilində əngəlləndiyini deyən Ruslan Nəsirli, Gəncədə inkişaf qrupu yaratdıqlarını və bunun partiya tərəfindən əngəlləndiyini misal gətirib: “28 günə 40-50 üzv toplamışdıq. Planlaşdırmışdıq ki, Gəncəyə gedək, lakin həmin gün Həsən Kərimov bizim Gəncəyə gedib təşkilat şöbəsi qurmağımıza dair şəkillər yaydı. Bu işə əziyyət çəkən bütün gənclər kimi Əbülfəz Qurbanlını da hiddətləndirdi və partiyadan getməyə qərar verdi. Əbülfəz Qurbanlı getdikdən sonra Ruslan Nəsirli olaraq bu partiyada qala bilməyəcəyimə qət etdim. Baxmayaraq ki, iki dəfə həbsdə olmuşam, partiyaya xidmətlərim olub, indiyə qədər Əli Kərimlinin geniş təbliğatını aparmışam. Lakin görürəm ki, bütün bular heç bir əhəmiyyət kəsb etmir. Partiya daxilində avtoritar rejim davam edir, gənclərin qarşısı kəsilir. Hesab edirəm ki, azad düşüncəli, öz gələcək siyasi karyerasını qurmaq istəyən gənclər, o partiyada, Əli Kərimlinin, Fuad Qəhrəmanlının, Həsən Kərimovun yanında olmamalıdılar”.

Bütün bunları əsas gətirən gənc fəal bu gündən etibarən AXCP-də Əli Kərimlinin sədrliyini qəbul etməyərək, yenicə yaranmış və çox böyük ümid bəslədiyi AXCP Etimad Qurultayı Dəstək Komitəsinə üzv olmaq üçün komitənin sədri Razi Nurullayevə müraciət edib.
Xəbəriniz olsun

16.06.2018 - Zakir Həsənov müharibə anonsu verdi: "Hazır olmalıyıq..."

16.06.2018 - Türk polisi İstanbulda Gülənin qardaşı qızını həbs etdi

16.06.2018 - Mübariz Mənsimov da separatçılıq virusuna yoluxdu: UĞURSUZLUĞUNU ETNİK KİMLİYİNƏ BAĞLAMAQ CƏHDİ

16.06.2018 - Polislər bu olaya xeyli güldü: Narkoman polisə şikayət etdi ki, "mənə saxta "mal" satıblar"

16.06.2018 - Prezident xanımlarının həyat yoldaşları ilə bağlı ETİRAFLARI

16.06.2018 - Ramil Usubov yeni rəis təyin etdi

16.06.2018 - “Lotu Quli” “Avropa obşakı”nı ələ keçirmək istəyir - Dubayda böyük toplantı

16.06.2018 - İCRA BAŞÇISI RADARLARDAN BELƏ “GİZLƏNİR” – Nömrə “Niva”nındır, özü BMV-də gəzir… (FOTO)

16.06.2018 - İŞİD-in öldürmək istədiyi Ronaldunu Rusiyada ciddi qoruyurlar

15.06.2018 - “Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”

15.06.2018 - Paşinyan: "Putin məni İlham Əliyevlə tanış etdi"

14.06.2018 - Millət vəkili özünü biabır etdi: "Barselona"nın oyunçuları "Real Madrid"də oynayır, "Real Madrid" də İsp ...

14.06.2018 - Bakıda qaynana kürəkəni ilə cinsi əlaqədə olan zaman öldü - ŞOK TƏFƏRRÜAT

Facebook