Bakı-Sumqayıt qatarlarında gediş haqqı müəyyən edildi

15 sentyabr 2015
Bakı-Sumqayıt qatarlarında gediş haqqı müəyyən edildi Məlumat verildiyi kimi, nəqliyyat sıxlığının aradan qaldırılması və tıxacların qarşısının alınması, əhalinin ictimai nəqliyyatdan istifadəsinin sadələşdirilməsi və rahatlığının təmin edilməsi məqsədilə Bakı-Sumqayıt istiqamətində dəmiryolu infrastrukturu yenidən qurulmuş və yeni qatarlar alınmışdır.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının bu gün – sentyabrın 14-də keçirilmiş iclasında “Azərbaycan Dəmir Yolları” QSC-nin müraciətinə baxılmış və Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişindaşıma xidmətlərinin tarifləri təsdiq edilmişdir.

Şuranın qərarı ilə Bakı Dəmir Yolu Vağzalından Sumqayıt Dəmir Yolu Vağzalınadək gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla 20-70 qəpik arasında təsdiq edilmişdir (Cədvəl əlavə olunur). Yeni tariflər 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minir.

Tarif (qiymət) Şurasının qərarı ilə Şuranın rəsmi internet səhifəsində (www.tariff.gov.az) tanış olmaq olar.

Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişindaşıma xidmətlərinin tarifləri:


1. Bakı-Sumqayıt-Bakı qatarı

1.1. Bakı - Sumqayıt 0,80

1.2. Bakı - Biləcəri 0,20

1.3. Bakı - Xırdalan 0,30

1.4. Bakı - Keşlə 0,20

1.5. Bakı - Koroğlu 0,20

1.6. Bakı - Bakıxanov 0,30

1.7. Bakı - Sabunçu 0,30

1.8. Bakı - Zabrat 0,40

1.9. Bakı - Pirşağı 0,50

1.10. Biləcəri - Xırdalan 0,20

1.11. Biləcəri - Sumqayıt 0,60

1.12. Xırdalan - Sumqayıt 0,40

1.13. Keşlə - Koroğlu 0,20

1.14. Keşlə - Bakıxanov 0,30

1.15. Keşlə - Sabunçu 0,30

1.16. Keşlə - Zabrat 0,40

1.17. Keşlə - Pirşağı 0,50

1.18. Keşlə - Sumqayıt 0,70

1.19. Koroğlu - Bakıxanov 0,20

1.20. Koroğlu - Sabunçu 0,30

1.21. Koroğlu - Zabrat 0,30

1.22. Koroğlu - Pirşağı 0,50

1.23. Koroğlu - Sumqayıt 0,60

1.24. Bakıxanov - Sabunçu 0,20

1.25. Bakıxanov - Zabrat 0,20

1.26. Bakıxanov - Pirşağı 0,40

1.27. Bakıxanov - Sumqayıt 0,60

1.28. Sabunçu - Zabrat 0,20

1.29. Sabunçu - Pirşağı 0,40

1.30. Sabunçu - Sumqayıt 0,50

1.31. Zabrat - Pirşağı 0,30

1.32. Zabrat - Sumqayıt 0,50

1.33. Pirşağı - Sumqayıt 0,40

Təsdiq edilmiş tariflər əks istiqamətlər üzrə də eynilik təşkil edir.
Xəbəriniz olsun

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

06.12.2018 - Eks-nazir qardaşından şok addım - Girov saxlayıb, hədə-qorxu ilə 140 min alıb

06.12.2018 - Əhməd Əhmədzadənin “EVRASCON”-la müdhiş işbirliyi - İTTİHAM

06.12.2018 - Azərbaycanda “qızıl medallı şagird” burulğanı: söhbət əslində nədən gedir

06.12.2018 - Hüseyn Bağırov babası Mircəfər Bağırovun Müşfiqi öldürməsidən danışdı

06.12.2018 - Nazirlər razılaşdılar, amma nəticə yoxdur - 3 saatlıq Milan görüşü

05.12.2018 - "Samir Şərifov nə demək istədiyini..." - İqtisadçı alimdən maliyyə nazirinə cavab

05.12.2018 - Əli Həsənov: "Məmurun ana dilini bilməməsi onun qəbahətidir"

Facebook