Bakıda ərzaq mağazasına basqın: satıcını vurub kassanı apardılar

17 sentyabr 2015
Bakıda ərzaq mağazasına basqın: satıcını vurub kassanı apardılarPaytaxtın Nərimanov rayonunda mağazalardan birinə basqın olub.

Bu barədə vesti.az-a rayonun polis idarəsindən məlumat verilib.

Məlumata görə, sentyabrın 16-da səhər saat 6-da naməlum şəxs Təbriz küçəsi 59 ünvanında yerləşən ərzaq mağazasına basqın edib. O, satıcının başına bir neçə dəfə vurub və 850 manatın olduğu kassanı boşaldıb.

Zərərçəkən 1956-cı il təvəüllüdlü Əlizadə Mahmud Bahadur oğlu bildirib ki, basqın edən şəxs maskada olmayıb.

Onun sözlərinə görə, bu yaxınlarda cinayətkar alıcı qismində mağazaya gəlib və Əlizadə onu yadında saxlayıb. Hazırda Əlizadənin ifadələri əsasında şübhəli şəxsin fotorobotu hazırlanır. Axtarışda olan şəxsin şəxsiyyəti hələ müəyyən olunmayıb.

Fakt üzrə istintaq aparılır.
Xəbəriniz olsun

24.02.2018 - Ziya Bünyadovun qətlinin üstü baş prokurorun kabinetində açılıb - sensasion təfərrüat

24.02.2018 - Qarabağda yeni müharibə anonsu - “Putin Bakıdan möhlət istəyib...”

23.02.2018 - Əli Həsənovun daha bir nəvəsi barədə qalmaqal – Harınlığın “yaşıl izi”

23.02.2018 - Prezident çoxuşaqlı qadınlara verilən müavinətin məbləğini artırdı

23.02.2018 - Sumqayıtda gənc oğlanı borca görə döyüb diri-diri basdırdılar...

23.02.2018 - “Nar” Texniki Universitetin ən yaxşı tələbələrini mükafatlandırıb

22.02.2018 - Azərbaycanda bu yol pullu olacaq - ƏHALİNİN NƏZƏRİNƏ

22.02.2018 - "Gülənçi” olan 2 türkiyəli məhkəmədən qaçırıldı - Bakıda şok hadisə

22.02.2018 - 56 yaşlı Abşeron sakini özünü asaraq intihar edib

22.02.2018 - Gürcüstandan gətirilən maşınlar haqda şok faktlar - Ekspertdən müsahibə

22.02.2018 - Bu rayonlarda insanlar çox yaşamır - I yeri müalicəvi Naftalan tutur

22.02.2018 - “Bank of Baku”nun özbaşınalıqları davam edir – GİLEY

22.02.2018 - Azad Rəhimovun oğlu ilə bağlı ilginc iddia

Facebook