Təhdid olunan baş redaktor nazirə müraciət etdi

21 sentyabr 2015
Təhdid olunan baş redaktor nazirə müraciət etdi"Mənə qarşı son dövrlər başlanan təzyiqlər bir daha sübut edir ki, bəzi məmurlar tənqidə dözümsüzlük nümayiş etdirərək, mətbuata qarşı hücuma keçiblər"

Daxili İşlər Naziri cənab Ramil Usubova

Bölgə.Tv online televiziyasının rəhbəri Vasif Turan tərəfindən

M Ü R A C İ Ə T

Hörmətli cənab Nazir ! Sizin ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasında göstərdiyiniz böyük işlər əvəzolunmazdır. Bu gün hər bir Azərbaycanlı kimi mən də özümü ölkə ərazisində çox rahat hiss edirəm. Sizin media nümayəndələrinin daim yanında olmağınız biz jurnalistləri çox sevindirir. Bu yorulmaz əməyinizdə Sizə uğurlar arzulayıram. Sizi dövlət işlərinizdən ayırmaq istəməsəm də buna son dərəcədə məcburam. Belə ki, 17 sentyabr 2015-ci il tarixdə rəhbəri olduğum BTV.AZ ( Bölgəxəbər ) online televiziyasında vətəndaşların şikayəti əsasında hazırlanmış “Neftçalada zavod sahibi fəhlələrin 12 min manatını mənimsəyib” başlıqlı sujet efirə getmişdi. Həmin sujet efirə getdikdən sonra mənim şəxsi mobil telefonlarıma zavodun rəhbəri Zakir Abdullayevin adamları tərəfindən hədə-qorxu zəngləri gələrək, təhqir edilirəm. Belə ki, özünü Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edən Zaur adlı şəxs 055-494-75-55 telefon nömrəsi ilə zəng edərək, məni təhdid etmişdir. Telefon danışığı zamanı hədə-qorxu gəlməklə yanaşı, «səni gəlib tapacam və gör nələr baş verəcək» demişdir. Bundan sonra mən aidiyyatı üzrə Daxili İşlər Nazirliyinin «Qaynar xətti”nə, yəni 102 xidmətinə müraciət etmişəm. Həmin müraciətim əsasında məni Yasamal rayon Polis İdarəsininin 28-ci polis bölməsinə dəvət ediblər və orada ərizə ilə müraciət etmişəm.
Hörmətli Nazir !
Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Mənə qarşı son dövrlər başlanan təzyiqlər bir daha sübut edir ki, bəzi məmurlar tənqidə dözümsüzlük nümayiş etdirərək, mətbuata qarşı hücuma keçiblər. Belə ki, 2011-ci il oktyabrın 7-si evim yandırılaraq, iki azyaşlı övladım həlak olub. Həmin vaxtlarda da mənə qarşı bir qrup şəxslər tərəfindən hücum və təhdiqlər var idi.
Xahiş edirəm bu olayın bir daha təkrarlanmaması üçün həmin şəxs və ya şəxslərin tapılıb qanun qarşısında cəzalandırılmasına xüsusi tapşırıq verəsiniz. İnanıram ki, Sizin ciddi diqqətiniz sayəsində tez bir zamanda məsələyə obyektiv yanaşılacaq və məsələ öz müsbət həllini tapacaqdır.
Əvvəlcədən Sizə dərin təşəıkkürümü bildirirəm.


Hörmətlə: BTV.AZ ( Bölgəxəbər ) online televiziyasının rəhbəri

Vasif Turan
Xəbəriniz olsun

20.03.2019 - Vergilər Nazirliyi “Veysəloğlu”nu 2 milyon cərimələdi

20.03.2019 - HAKİMİYYƏTDƏN KÖNÜLLÜ ƏL ÇƏKƏN İKİNCİ SOVET LİDERİ… - Qıpçaq bəyinin sultan nəvəsinin gözlənilməz gedişi

20.03.2019 - "Əli İnsanovdan təklif olarsa..." - Müsavat başqanı gözləyir

20.03.2019 - Qazaxıstanın paytaxtı Nursultan adlandırılacaq – Qərar verildi

19.03.2019 - “Bu il çempion “Neftçi” olacaq” – Ramin Musayev

19.03.2019 - Toyu olacaq 18 yaşlı qız özünü asdı – Zərdabda dəhşət

19.03.2019 - “Nar” abunəçiləri üçün Novruz kampaniyası!

19.03.2019 - İlham Əliyevin Trampa yanlış məlumat verməsi barədə iddialara RƏSMİ CAVAB

19.03.2019 - Bakının mərkəzində icazəsiz mitinq cəhdi: Saxlanılanlar var

19.03.2019 - Adı kürü qalmaqalında hallanan səfir geri çağrılıb – Şok iddia

19.03.2019 - Nazir Ziya Məmmədovun kadrına vəzifə verdi

19.03.2019 - Ramil Usubovdan daha bir təyinat - ƏMR

19.03.2019 - AZƏRBAYCAN SƏFİRİ 10 BANKA KÜRÜ OĞURLADI VƏ… – Yarım milyon mənimsəmədə ittiham edilir

Facebook