Siyavuş Novruzov: “Qardaşı qızıl alveri üstündə tutulub...”

21 sentyabr 2015
Siyavuş Novruzov: “Qardaşı qızıl alveri üstündə tutulub...”Yeni Azərbaycan Partiyası bəzi partiyaların noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakdan imtina etməsi məsələsinə münasibət bildirib.

YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Trend-ə bildirib ki, bəzi partiyaların seçkidən imtina etməsinin bir neçə səbəbi ola bilər: “Yeni Azərbaycan Partiyası namizədlərinin siyahısını açıqladıqdan sonra həmin dairələrdən namizədlərini elan etmiş bəzi partiyalar, təşkilatlar gördülər ki, o dairələrdən seçkidə daha güclü namizədlər iştirak edəcək. Yəni burada onların səs toplaması mümkün deyil. Bəzi təşkilatlar yerlərdə namizəd irəli sürməyə adam tapa bilmir və seçkidən imtina etməklə bunu ört-basdır etməyə çalışırlar”.

S.Novruzov deputatlığa namizədlərə qarşı təzyiqlərin olması barədə səsləndirilən iddiaları əsassız hesab edir: “Məsələn, şəxs var ki, namizədliyini irəli sürüb, qardaşı 2 ay bundan əvvəl qızıl alveri üstündə məsuliyyətə cəlb olunub. İndi həmin şəxs bu hadisəni seçkilərlə bağlayır. Amma araşdırma göstərir ki, hadisə iki ay əvvəl, həmin şəxsin namizəd olması bəlli olmayan vaxtda baş verib, amma iddia edir ki, namizəd olduğuna görə qardaşı həbs olunub. Belə qondarma uydurmalar mövcuddur”.

S.Novruzovun sözlərinə görə, ola bilər ki, bəziləri xarici qüvvələr tərəfindən şirnikləndirmə metodları ilə ələ alınıb, seçkiyə problem yaratmaq cəhdi göstərirlər: “Bunların heç biri seçkinin üzərinə kölgə sala bilməz. Seçki Məcəlləsində göstərilib ki, alternativlik olmalıdır. Bir dairədən iki namizəd irəli sürülürsə, burada artıq seçki baş tutmuş hesab olunur. Bu gün bütün dairələrdə alternativlik movcuddur”.
Xəbəriniz olsun

22.07.2018 - Ölünü dirildə bilməyən “peyğəmbər” həbs edildi

22.07.2018 - 5 yaşlı uşaq ögey atası tərəfindən döyülərək öldürüldü - KÜRDƏMİRDƏ ŞOK OLAY

22.07.2018 - “Qarabağ” yeni hücumçu aldı

21.07.2018 - Mirşahinə bu dəfə "milçək" dedilər: "SƏNİ TAPDALAYARAM..."

21.07.2018 - Kasıb necə varlana bilər? - Yəhudilərdən 6 QIZIL MƏSLƏHƏT

21.07.2018 - İntihar edən abituriyentin anası özünü öldürdü – Sumqayıtda

21.07.2018 - Yunis Səfərovun yaxın dostu öldürüldü: Əməliyyatçılar tutmaq istədi, o silaha əl atdı...

21.07.2018 - Dağıstana işləməyə gedən azərbaycanlılar qəzaya düşdü: 2 ölü, 10 yaralı

20.07.2018 - Atı zorlayan şəxsin şok müdafiəsi: “Mənə göz vurdu”

20.07.2018 - Almaniyadan deportasiya edilənlər Bakıda kütləvi şəkildə həbs olundular

20.07.2018 - Bu il “BakuBus” 85 sürücünü işdən azad edib

20.07.2018 - Paşinyan Qarabağda müharibə riski haqda

20.07.2018 - Bakıda dəbdəbəli mənzili ərəblərə 3 günlüyə kirayə verdi, qayıdıb şoka düşdü - VİDEO

Facebook