YAP-çı namizədin adı 20 minlik cinayətdə

21 sentyabr 2015
YAP-çı namizədin adı 20 minlik cinayətdəYAP-ın yeni namizədlərindən biri olan Sona Əliyeva haqda xəbərlər yayılıb. 99 saylı Şəmkir Seçki Dairəsindən namizədliyi irəli sürülən S.Əliyeva rayonun icra başçısının müavinidir.

TİA.AZ xəbər verir ki, buna qədər xanım müavin Əhməd Cavad adına orta məktəbdə biologiya müəlliməsi işləyib.

Rayon Təhsil İdarəsinin müdiri Məcid Şıxlinski Sona Sakitqızını metodist vəzifəsinə işə götürüb. 2012-ci ildə ilin ən yaxşı müəlliməsi müsabiqəsində qalib gələrək mükafata layiq görülüb.

Elchi.az yazıb ki, bu müsabiqədə metodist iştirak edə bilməz. Elə bu səbəbdən təhsil şöbəsinin müdiri onu əmrlə işdən çıxararaq müsabiqədən sonra işə bərpa edir. Sona xanım Prezident tərəfindən əməkdar müəllimə adi ilə təltif olunur. Bu işdə Prezidentə yalan məlumat verilir.

Prezidentinin 22 may 1998-ci ildə imzaladığı 706 sayli fərmana əsasən 20 ildən yuxarı müəllimlik staji olan insanlar bu ada layiq görülə bilər. Heç 9 il staj sahibi olmayan S.Əliyeva bu cərgəyə qoşulub.

2000-ci ildən müəllimə işləyən xanımın 3 övladı var. Doğum tarixləri 2001, 2003 və 2005-ci illərə təsadüf edən əməkdar müəllimənin analıq məzuniyyətlərini də iş stajından çıxsaq qanunsuz bir addım atıldığı məlum olur.

2013-cü ildə Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunur. Vəzifəyə gələn kimi rayon Gənclər və İdman idarəsinin müdiri Gözəlov Pərvin Teymuraz oğlunu vəzifəsindən azad etdirərək yerinə öz adamı olan İsmayılov Emin Həsən oğlunu təyin etdirir. Yeni müdir də şefi kimi işinə “məsuliyyətlə” başlayır.

Uşaq və Gənclər İdman məktəbinin məşqçi müəllimlərinin bankdan maaş kartlarının yenisini çıxarır. Bu ilin aprelindən iyuluna qədər maaşları 5000 olmaqla 20 000 manat bankomatdan götürür. Müəllimlərin və özünün həyat yoldaşının şikayəti əsasinda Şəmkir şəhər prokurorluğunda barəsində cinayət işi qaldırılır.

Emin müəllim kollektivdə boynuna almasa da, istintaqa ifadəsində tərəfindən bankomatlardan götürdüyü 20000 manatın 15 000 manatını Sona Əliyevaya verdiyini etiraf edir.
Xəbəriniz olsun

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

19.09.2018 - İki Koreya arasında tarixi razılaşma

19.09.2018 - Ölkədə növbəti güclü böhran dalğası gözlənilir - İqtisadçı ekspertdən təhlükəli xəbərdarlıq

18.09.2018 - İlham Əliyev: "Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir"

18.09.2018 - Putin Ermənistanda Köçəryan və Sarkisyanla görüşəcək

18.09.2018 - “Nikoil Bank”ın axtarışda olan sabiq sədri Moskvada saxlanılıb

18.09.2018 - Azərbaycanda direktorla müəllimlər saçyolduya çıxdılar – Video

18.09.2018 - İranda Xəzər dənizinin adını dəyişirlər

18.09.2018 - Qardaşlarının yanında kişi ilə yatdı, videoya çəkdi, sonra... - Ağcabədidə AĞLASIĞMAZ DƏHŞƏT

18.09.2018 - Ata və oğul birləşib idmançını öldürdü – Sumqayıtdakı qətlin təfərrüatı

18.09.2018 - Baş redaktor tanımadığı şəxs tərəfindən təhdid olunur-FOTO

Facebook