Oğlanın "sənlə evlənəcəm" yalanına aldandı, qoşulub qaçdı, 17 gün zorlandı - BAKIDA DƏHŞƏT

22 sentyabr 2015
Oğlanın "sənlə evlənəcəm" yalanına aldandı, qoşulub qaçdı, 17 gün zorlandı - BAKIDA DƏHŞƏTXəzər rayonu 2-ci polis bölməsinə son beş gün ərzində ikinci dəfə zorlanma haqqında şikayət daxil olub.

Savash.org xəbər verir ki, bu barədə Vesti.Az-a Xəzər rayon Polis İdarəsindən bildiriblər.

Sentyabrın 21-də polis bölməsinə 18 yaşlı Binə sakini İ.A. müraciət edərək, sentyabrın 3-də saat 11:00-da Anar adlı oğlan ilə evdən qaçdığını bildirib.

Onun sözlərinə görə, Anar onunla evlənməyə söz verib.

Bunun əvəzində isə oğlan onu Abşeron rayonundakı kirayə tutduğu evə apararaq orada 17 gün ərzində saxlayıb.

Bütün bu müddət ərzində cinayətkar qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Sentyabrın 20-də zərərçəkən saxlanıldığı evdən qaçmağa müvəffəq olub. Bundan dərhal sonra polisə ərizə ilə müraciət edib.

Xatırladaq ki, sentyabrın 17-də bu səbəbdən polisə digər Binə sakini də müraciət etmişdi. O zaman 19 yaşlı A.M. adlı şəxs Niyaməddin adlı oğlanla evdən qaçmışdı.

Niyaməddin qızla evlənməyə söz vermişdi, amma onu naməlum ünvana gətirərək orada qapalı saxlamışdı. Sentyabrın 1-dən 17-nə kimi o, ardıcıl olaraq qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdi.

Bununla əlaqədar polisdə qızlara tanımadıqları şəxslərlə evdən qaçmamaq barədə xəbərdarlıq edilmişdi, çünki bu hərəkətin nəticələri bəzən faciəli olur.
Xəbəriniz olsun

23.07.2019 - “İŞ OTAĞINDA ÖLÜ TAPILAN RƏİSİ TƏHDİD EDİBLƏR…” – ““Mənimsənilən 80 min manatı ona “yükləyiblər””

23.07.2019 - Bakıda gənc qız oğlana görə həmcinsi ilə dalaşıb - Özünü binadan atmaq istədi (TƏFƏRRÜAT-VİDEO)

23.07.2019 - Səfər Mehdiyevə "ittiham yağışı": "Baldızın oğlu büdcəni dağıdır, görmürsən?"

23.07.2019 - Prezident Murad Köhnəqalaya ev verdi

23.07.2019 - “Atama silah verdim ki, əsir düşsə, özünü öldürsün” - Aqil Abbas

23.07.2019 - Milyonluq tenderləri kimlər qazanır? – “Qohumlarıdır...”

23.07.2019 - Azərbaycanlı sürücü Kiyevdə yol polisini döyüb xəstəxanalıq etdi

23.07.2019 - Prezident Əzrayılla görüşübmü? - Müəmma davam edir...

23.07.2019 - Nənə-babanın xəstəxanaya atıb qaçdığı uşaqların atası tapıldı: "ÖZÜM BAXACAM..."

23.07.2019 - Bakının bu çimərliyində nəhəng ilan insanları qorxuya saldı - VİDEO

23.07.2019 - Ərəblər hamının gözü qarşısında təbii ehtiyaclarını ödəyir - İSMAYILLIDAN ŞOK FOTO

23.07.2019 - Elmar Vəliyevi güllələyən şəxslə bağlı yeni qərar

22.07.2019 - SSRİ-ni bərpa etmək istəyən sekta silaha əl atdı, Rusiyada həbslər başladı...

Facebook