Rektorun qızını döyən qardaşlar azadlıqda

22 sentyabr 2015
Rektorun qızını döyən qardaşlar azadlıqdaXəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində təqsirləndirilən Elin və Zaur Məmmədov qardaşlarına hökm oxunub.

Savash.org teleqraf.com-a istinadən xəbər verir ki, Məmmədov qardaşlarının cinayət işinə Səbail Rayon Məhkəməsində, hakim Elşad Şamayevin sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə Zaur Məmmədov 11 ay 9 gün, Elin Məmmədov 7 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum ediliblər. Məhkəmə Məmmədov qardaşlarının hər birinin aylıq qazancının 20 faizinin tutulması nəticəsi ilə onları məhkəmə zalından azadlığa buraxıblar.

Hökmdən Baş prokurorluq narazı qalıb və Məmmədov qardaşlarının cəzasının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti verilib. Həmçinin Məmmədov qardaşlarının da müdafiəçiləri apelyasiya şikayəti veriblər. Onların şikayətləri baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Əmir Bayramovun icraatına verilib.

Qeyd edək ki, Xəzər Universiteti rektorunun qızı Ülkər İsayeva 9 mart 2015-ci il tarixində Bakı şəhərində, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində iki qardaş tərəfindən fiziki işgəncəyə məruz qalıb. Baş vermiş hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və prokurorluq iş üzrə təqsirləndirilən Məmmədov Zaur Muxtar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə müraciət edib. Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova prokurorluğun vəsatətini təmin etməyib. Həmin qərardan Baş prokurorluq apelyasiya məhkəməsinə təqdimat verib. Prokurorluğun təqdimatı ilə Zaur Məmmədovun barəsində həbs qəti-imkan tədbiri, Elin Məmmədovun barəsində başqa yerə getməmək barədə qəti-imkan tədbiri seçilib.
Xəbəriniz olsun

23.07.2019 - “İŞ OTAĞINDA ÖLÜ TAPILAN RƏİSİ TƏHDİD EDİBLƏR…” – ““Mənimsənilən 80 min manatı ona “yükləyiblər””

23.07.2019 - Bakıda gənc qız oğlana görə həmcinsi ilə dalaşıb - Özünü binadan atmaq istədi (TƏFƏRRÜAT-VİDEO)

23.07.2019 - Səfər Mehdiyevə "ittiham yağışı": "Baldızın oğlu büdcəni dağıdır, görmürsən?"

23.07.2019 - Prezident Murad Köhnəqalaya ev verdi

23.07.2019 - “Atama silah verdim ki, əsir düşsə, özünü öldürsün” - Aqil Abbas

23.07.2019 - Milyonluq tenderləri kimlər qazanır? – “Qohumlarıdır...”

23.07.2019 - Azərbaycanlı sürücü Kiyevdə yol polisini döyüb xəstəxanalıq etdi

23.07.2019 - Prezident Əzrayılla görüşübmü? - Müəmma davam edir...

23.07.2019 - Nənə-babanın xəstəxanaya atıb qaçdığı uşaqların atası tapıldı: "ÖZÜM BAXACAM..."

23.07.2019 - Bakının bu çimərliyində nəhəng ilan insanları qorxuya saldı - VİDEO

23.07.2019 - Ərəblər hamının gözü qarşısında təbii ehtiyaclarını ödəyir - İSMAYILLIDAN ŞOK FOTO

23.07.2019 - Elmar Vəliyevi güllələyən şəxslə bağlı yeni qərar

22.07.2019 - SSRİ-ni bərpa etmək istəyən sekta silaha əl atdı, Rusiyada həbslər başladı...

Facebook