Azərbaycana yağ gətirən Yeni Zelandiya gəmiləri harda yoxa çıxıb?

09 dekabr 2014
Azərbaycana yağ gətirən Yeni Zelandiya gəmiləri harda yoxa çıxıb?2014-cü ilin 3 rübündə kərə yağı və süddən hazırlanan başqa yağların idxal həcmi $19 mln 715,9 min təşkil edib. Bunun $16 mln 23,7 mini və ya 81,2%-i Yeni Zelandiya inəklərinin payına düşür.

Amma Gömrük Komitəsinin bu məlumatları Vellinqtonun (http://www.stats.govt.nz/infoshare) statistik məlumatlarından kəskin fərqlənir. Onların məlumatına görə, bu dövrdə Azərbaycan 85 mln 47,6 min Yeni Zelandiya dolları (YZ dollarının ABŞ dollarına nisbətdə məzənnəsi 7 dekabr üçün 0,771-ə 1-dir) məbləğində yağ alıb.

Azərbaycan DGK-ya görə, 2014-cü ilin 3 rübündə 6 min 262,9 ton Yeni Zelandiya yağı idxal edilib. Bu ölkənin statistika qurumu Azərbaycana kərə yağı ixracı barədə məlumat vermir, amma məlumat bazasında bu dövrdə pul ifadəsində $65,6 mln-luq ixracat barədə məlumat var. Bu isə Azərbaycan gömrük statistikasının məlumatından $49,5 mln və ya 4 dəfə çoxdur.

Bu ilin yanvar-sentyabrında Yeni Zelandiyadan idxalın 99,8%-i kərə yağı və süddən hazırlanan başqa yağların payına düşür. Oktyabrda deyilən məhsulların idxal həcmi 8,26 mln NZD olub.

Dövlətstatkoma görə, 2013-cü ildə kərə yağı və süddən hazırlanan başqa yağların ümumi idxal həcmi 8 min 367, bəyannamə qiyməti $21 mln 313,7 min olub. Bunun 5 783,5 tonu ($15 168,6 min) və ya 69,1%-i Yeni Zelandiyanın payına düşür. Yeni Zelandiya yağının 1 tonu $2622-a bəyan edilib. Yerli bazarda bu malın 1 kq-ı 6,5 manat və ya $8-dır. İdxal edilən 1 ton kərə yağı Ermənistana (4749 ton) 2013-cü ildə $4233,5-a başa gəlib.

Maraqlıdır ki, DSK-da da gömrük məlumatının adekvat olmadığının fərqindədirlər. Əvvəllər bildirmişdik ki, istehlak balansı hazırlananda Baytarlıq Xidmətinin məlumatı nəzərə alınıb. Ona görə gömrüyün gizlədiyi başqa yerdə üzə çıxır. Kənd Təsərrüfatı Nazirliyi DBX-nin məlumatına əsasən, 2013-cü ildə kərə yağı idxalının həcmi 21 644 ton olub.

Rəsmi statistikaya görə, fiziki şəxs və ev təsərrüfatlarının 21,9 min ton kərə yağı istehsal etdiyini bildirir. Həmin mənbəyə əsaslansaq, kərə yağının sənaye istehsalı cəmi 1,7% təşkil edir. Ya da Bakı, Abşeron, Biləsuvar, Bərdə, İsmayıllı, Lənkəranda istehsal göstəriciləri vergidən gizlədilir. 2013-cü ildə yerli şirkətlərin kərə yağı istehsalı göstəriciləri 376,5 ton olub. Bu, 2012-ci ildəkindən (499,3 ton) 24,6% azdır.

Bu il hökumət minimal istehlak səbətində ərzağın strukturuna yenidən baxıb və ildə 1 nəfər 7 kq kərə yağın kifayət etdiyi barədə qərar verib. 2009-cu ildən bu göstərici 8 kq idi. Hətta bu normada ildə Azərbaycanda bu məhsulun istehlakı həcmi 66 min tondan çox olmalıdır. Çatmayan 20 min tonun necə gizlədildiyi məlum deyil. ("Turan")
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook