Qurban Qurbanov “Qarabağ” – “Anderlext” oyunundan danışdı

01 oktyabr 2015
Qurban Qurbanov “Qarabağ” – “Anderlext” oyunundan danışdı Çoxdandır azarkeşlərimiz qarşısında belə oyun keçirmək istəyirdik. Çox sürətli komandaya qarşı oynayacağıq. “Anderlext”də ustalıq səviyyəsi yüksək olan futbolçular çıxış edirlər. Buna görə də bu komandadan digər klublara səviyyəli futbolçular transfer olunur.

AZzərTac xəbər verir ki, bu sözləri UEFA Avropa Liqası yarışlarının qrup mərhələsi çərçivəsində Belçikanın “Anderlext” komandasını qəbul edəcək Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi bildirib ki, çox diqqətli olmalıyıq. Futbolçularımızın hər biri məsuliyyəti dərk edir. Sürətli olmasaq, bu komanda ilə başa-baş mübarizə apara bilmərik. Məncə, azarkeşlər sabah çox maraqlı oyunun şahidi olacaqlar.

“Sabah avrokuboklarda yubiley – 50-ci oyununuza çıxacaqsınız. Buna görə futbolçulara əlavə motivasiya vermisinizmi?” sualına cavab olaraq mütəxəssis deyib: “Oyunların sayının önəmi yoxdur. Biz bütün görüşlərdə, əsasən də Bakıda yaxşı nəticə əldə etmək istəyirik. İnanıram ki, futbolçularımız istəkli oynayıb, əllərindən gələni edəcəklər. Sabah bizə psixoloji hazırlıq da çox lazım olacaq. İstərdim ki, oyunu qələbə ilə başa vuraq. Amma rəqibin də gücünü dəyərləndirməliyik”.

Qurban Qurbanov bildirib: Komandaya psixoloq lazım deyil. Özüm onlarla lazımi qaydada danışıram. Nəticəyə gəldikdə isə buna normal baxıram. “Tottenhem”lə oyunda bir qol vurduqdan sonra üçünü buraxdıq, “Mançester Siti” isə dördünü. Bunlar futbolda normal haldır. Sabahkı oyunda da heç bir psixoloji gərginlik olmayacaq. Futbolçularıma inanıram”.

Baş məşqçi vurğulayıb ki, bizdə nadir hallarda iki hücumçu olur. Ancaq bəzən 3-4 hücumameyilli futbolçu ilə oynayırıq. Ola bilər ki, sabah hücumda altı hücumameyilli futbolçu ilə çıxış etdik. Dəfələrlə bildirmişəm ki, hücum edə-edə müdafiə olunmalıyıq. Rəqibə hücum qurmağa imkan verməməliyik.

“Qarabağ” – “Anderlext” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Xəbəriniz olsun

17.11.2017 - Azərbaycanda benzin bahalaşdı

17.11.2017 - Bakıda evi uçurulan şəxs özünü doğradı: “Mənim evimi niyə sökdünüz?” (VİDEO)

17.11.2017 - Zeynəb Xanlarova Rasim Balayevin xəstəliyi haqda

17.11.2017 - Ərdoğan: “Putin Qarabağ probleminin həllinə inanmır”

17.11.2017 - Lənkəranskinin qardaşı haqda şok məhkəmə qərarı (Video)

15.11.2017 - Sumqayıtda avtobuslar daşa basıldı

15.11.2017 - Qurban Qurbanovun islahatları istefalarla başladı: Kimlər getdi, kimlər gələcək?

15.11.2017 - Azərbaycanda ünvanlı sosial yardım ləğv olunacaq

15.11.2017 - BAKIDA DƏHŞƏT: İçdiyi araq butulkası ilə özünü öldürdü – TƏFƏRRÜAT

15.11.2017 - Millimizin futbolçusu azarkeşi təhqir edib, söhbətə çağırdı: "Ağıllı ol"

15.11.2017 - Ramil Usubov rəisi təqaüdə göndərdi

15.11.2017 - Zaur Hüseynov bu hadisəyə görə onları cəzalandırdı: Rəisi işdən çıxardı

15.11.2017 - Ceyranbatanda məktəbdə faciəvi dava - araya girən xadimə aldığı xəsarətdən ölüb

15.11.2017 - Pensiyalar necə hesablanacaq? - Nazir detalları açıqladı

15.11.2017 - NİDA-çı gənc həbs olundu

15.11.2017 - Ramiz Zeynalovun böyük imperiyası: Xırdalandakı DYP-dən ucqar Tovuzadək...

14.11.2017 - “Fəzail İbrahimlinin oğlumu gündəmə gətirməyi namərdlikdir” - Adaş deputatlar arasında savaş

14.11.2017 - Cəmil Əliyevin “xərçəng biznesi”: Milli Onkologiya Mərkəzində nə baş verir?

13.11.2017 - Bakıda iki ölkənin səfirliyinə məxsus avtomobillər toqquşub

Facebook