Bakı metrosunda hərəkət 40 dəqiqə dayanıb

07 oktyabr 2015
Bakı metrosunda hərəkət 40 dəqiqə dayanıbBu gün axşam saatlarında Bakı metropoliteninin "İçərişəhər" stansiyasında qatarda nasazlıq yaranıb, nəticədə qatarların hərəkətində uzunmüddətli fasilə yaranıb.

APA-nın məlumatına görə, "İçərişəhər" stansiyasından "Həzi Aslanov" stansiyasına hərəkət edən qatarda problem yaranıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya bildirib ki, hadisə saat 19.59-da baş verib. "İçərişəhər" stansiyasında sərnişinlərlə dolu qatar hərəkətə gəlməyib. Bütün səylərə baxmayaraq, nasazlığı aradan qaldırmaq mümkün olmayıb. Yolu boşaltmaq üçün "İçərişəhər" stansiyasına köməkçi qatar göndərilib. Köməkçi qatar nasaz qatarı dartıb və yol boşalıb. Bu işlərə 40 dəqiqə vaxt sərf edilib. Bu müddət ərzində "İçərişəhər" - "28 May" xətti üzrə qatarların hərəkəti dayandırılıb. "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində isə qatarlar normal və vaxtında hərəkət edib.

Sərnişinlərin APA-ya verdiyi məlumata görə, 40 dəqiqəlik fasilə "İçərişəhər", "Sahil" və "28 May" stansiyalarında sərnişin sıxlığına səbəb olub.
Xəbəriniz olsun

24.09.2018 - Paşinyan bunu İLK DƏFƏ EDİR: saatlar sonra Qarabağda müharibə qərarı... - Gözlər Nyu-Yorkda

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

Facebook