İcra başçısı oğlunun Aynar Məmmədovla birgə tutulmadığını deyir: "O hərbi xidmətdədir..."

12 oktyabr 2015
İcra başçısı oğlunun Aynar Məmmədovla birgə tutulmadığını deyir: "O hərbi xidmətdədir..."Xəzər RİH: “İcra başçısının müavinin oğlu həmin vaxt Bakıda olmayıb”

Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Vaqif Həsənovun oğlunun oktyabrın 11-də Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus “Nar” kafedə həbs olunması barədə xəbərə Xəzər Rayon İcra Hakimiyyətindən cavab verilib. İcra Hakimiyyətinin şöbə müdiri Gülbala Qurbanov Bizimyol.info saytına açıqlamasında bildirib ki, Vaqif Həsənovun oğlu ilə bağlı yayılan xəbər həqiqət deyil. “Vaqif Həsənovun oğlu həmin vaxt ümumiyyətlə Bakıda olmayıb. O, Lənkəranda yerləşən “N” saylı hərbi hissədə xidmət edir” – deyə şöbə müdiri bildirib.

Qeyd edək ki, oktyabrın 11-i saat 22 radələrində Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus olan, "Şüşəli bazar”ın yanındakı "Nar” kafesində əməliyyat keçirilməsi barədə xəbəri “Azadlıq” qəzeti yayıb. Xəbərdə bildirilir ki, əməliyyatçılar içəridəkiləri, o cümlədən kafenin sahibi Aynar Məmmədovu həbs edib. Həbs edilənlər MCQMİ-yə (“bandotdel”) aparılıb. Məlumatı verən şəxs bildirib ki, Aynar Məmmədovla birlikdə, həmin vaxt kafedə olan daha 20 nəfərə yaxın məmur övladı həbs edilib və həbs edilənlərdən biri də Xəzər rayon icra başçısının müavini Vaqif Həsənovun oğludur.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi "Nar" kafesində aparılan əməliyyatla bağlı məlumat yayıb. “Həqiqətən də daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən oktyabrın 11-də "Nar" kafesində qanunsuz mərc oyunlarına qarşı mübarizə üzrə tədbir keçirilib. Bu zaman 8 nəfər saxlanılıb, onlar barəsində inzibati qaydada protokol tərtib olunaraq cərimə olunmaları üçün məhkəməyə göndərilib”.
Xəbəriniz olsun

16.10.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

16.10.2018 - Əbülfəz Məlikovu kim cəzalandırmaq istəyib: Silahlı basqın, aparılan 1 milyon...

16.10.2018 - Badamdarda son durum – Sürüşmə zonasının miqyası genişlənir

16.10.2018 - Elmar Vəliyevi ölümdən qurtaran polis danışdı

16.10.2018 - “Səni deyirlər”in ifaçısı Bakıya gəldi, ona mükafat veriləcək – Video

16.10.2018 - Baş həkim 34 yaşlı Dəmirovun ölümünə səbəb oldu - Foto

11.10.2018 - Rusiya Avropa Şurasından çıxarıla bilər - Xəbərdarlıq

11.10.2018 - SSRİ-nin 5 qəpiyinin sahibi milyoner ola bilər: Diqqətlə baxın...

11.10.2018 - Paşinyan istefa verəcəyi günü açıqladı

11.10.2018 - “Korrupsiya dalğaları” Rauf Vəliyevin gəmilərini silkələyir - İTTİHAM

11.10.2018 - Taleh Qaraşovun Lənkərandakı idarəçiliyinə etiraz: "Rəzilliyin ünvanı..."

11.10.2018 - Zamirənin Londonda müsadirə edilən mülkləri, qolf klubu, özəl təyyarəsi... - FOTOLAR, İLK DƏFƏ

10.10.2018 - DİN Bakıda uşaqların "orqan mafiyası" tərəfindən "qaçırılması" iddiaları haqda

Facebook