Anar Məmmədov işə çıxmır - "Garant Holding”dən AÇIQLAMA

12 oktyabr 2015
 Anar Məmmədov işə çıxmır - "Garant Holding”dən AÇIQLAMANəzliyyat naziri Ziya Məmmədovun özü, ailə üzvləri və ən yaxın çevrəsi ilə bağlı ilginc informasiyaların, həbs xəbərlərinin ardı-arası kəsilmir. Nazirin deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus iaşə obyektində 8 nəfərin həbsi rəsmən təsdiqləndi.

İndi də nazirin özünün işdən çıxarıldığı, oğlu Anar Məmmədovun da aqibətinin yaxşı olmadığı barədə informasiyalar dolaşır.

Modern.az saytına daxil olan məlumatda nazir oğlunun da istintaq orqanlarına cəlb olunduğu bildirilir.

Əməkdaşımız bu gün dəfələrlə Anar Məmmədovun təsisçisi olduğu “Garant Holding”lə əlaqə saxlasa da, şirkətlər qrupunun zənglərimizə cavab verən xanım işçisi onun işə gəlmədiyini bildirib. “Garant Holding” şirkətlər qrupunun hüquqşünası Ruslan Məmmədov da işdə olmasına baxmayaraq, zənglərə cavab verməyib. Tərəfimizdən dəfələrlə edilən zənglərə şirkət rəsmilərindən biri “Ruslan müəllim nahar fasiləsindən qayıtmayıb” cavabını verib. Halbuki, Ruslan Məmmədov bundan öncə mətbuata açıq şəxslərdən biri olub.

Daxili İşlər Nazirliyinin rəsmi məlumatında bildirilib ki, oktyabrın 11-də Aynar Məmmədova məxsus “Nar” kafesində polis əməkdaşları tərəfindən qanunsuz mərc oyunlarına qarşı mübarizə tədbiri keçirilib. Bu zaman 8 nəfər saxlanılıb, onlar barəsində inzibati qaydada protokol tərtib olunaraq cərimə olunmaları üçün məhkəməyə göndərilib
Xəbəriniz olsun

20.11.2018 - Millinin ölüm-qalım mübarizəsi – 90 dəqiqəlik savaş

20.11.2018 - Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

20.11.2018 - "Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20.11.2018 - Gəncədəki partlayışda ölənlərin sayı 3-ə çatdı: Kəmaləddin Heydərov hadisə yerinə getdi

19.11.2018 - “Veysəloğlu” şirkətinə kiflənmiş “Ozmo” ittihamı – Foto

19.11.2018 - Səudiyyəyə gedən prezident yoxa çıxıb: 1 aydır xəbər yoxdur…

19.11.2018 - Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinə basqı+VİDEO

19.11.2018 - MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı – Sirr

19.11.2018 - Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

18.11.2018 - “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

18.11.2018 - Türkiyə hərbçiləri İraqın şimalında terrorçuları məhv etdilər

18.11.2018 - İcra başçısına 70 min rüşvət verən şəxs danışdı: "İsmayıl Vəliyevin imzası ilə..."

18.11.2018 - "Əli Kərimli və AXCP üzvlərinin işi məhkəməyə göndəriləcək" - Paytaxt polisi rəsmi məlumat yaydı

Facebook